Qarabag Media
Haqqımızda Əlaqə

Sultan bəyin silahdaşı Pircahanlı Teymur kişi


Tarix:24-12-2017, 22:39 Kateqoriya:Manşet / Araşdırma / Laçın yurdu

Sultan bəyin silahdaşı Pircahanlı Teymur kişi

1918-ci ildə indiki Laçın rayonu ərazisində tarixə Qara göl döyüşləri adı ilə düşmüş hadisələr xalqımızın azadlıq müharibəsi, savaş tarixinin ən şanlı səhifələrindən biridir.

Zabux və Abdallar dərələrində türkün qəddar düşməni Andronikin başçılıq etdiyi erməni quldur dəstələrinin darmadağın edilməsi heç də adi bir məhəlli, xırda, qısamüddətli, lokal döyüşlər kimi qiymətləndirilməməlidir. Xalqımızın, bütün türk ulusu üçün həmin hadisələrin, eyni zamanda bugünkü Azərbaycanın müstəqilliyi , onun ərazisinin müəyyən edilməsində böyük tarixi əhəmiyyət kəsb edir.

1918-ci ildə təpədən dırnağa qədər silahlanmış terrorçu dəstələrinin darmadağın edilməsinin əhəmiyyəti ondan ibarətdir ki, Qara göl döyüşlərində soydaşlarımızın qələbəsi, nəinki, indiki Laçın rayonu ərazisində yaşayan türklər, eyni zamanda bütün Qarabağın xilası və bu ərazidə kütləvi qətliamların qarşısının alınması demək idi.

Bu böyük tarixi hadisələrin təşkilatçıları və hərbi əməliyyatlara rəhbərlik etmiş XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda formalaşmış milli burjuaziyanın görkəmli nümayəndələrindən biri olan Sultan bəy, əfsanəvi səhra komandiri Seyid Həmid, döyüş əməliyyatlarının müvəffəqiyyətlə başa çatması üçün həyatlarını təhlükəyə atan Cağazurlu Ağamməd, Hacılarlı Ağalar, özünün hərbi bacarığını, biliyini, qabiliyyətini bu işə həsr etmiş, Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Xosrov bəy Sultanov bəlkə özləri də bilmədən, ermənilərin xəstə, xülyası dənizindən-dənizə böyük Ermənistan dövləti, türklərsiz Qafqaz niyyətlərini, ali məqsədlərini qəhrəmancasına pozublar. Bu bir tarixi həqiqətdir ki, əgər erməni terrorçuları Qarabağın dağlıq hissəsindən keçərək Aran Qarabağa daxil ola bilsəydilər, çox guman ki, onları Zəngəzur, Göyçə, Ağbaba, Qəmərli, Dərələyəz, Vedibasar kimi qədim türk torpaqlarından çıxarmaq mümkün olmazdı və ermənilərin erməni donuzunun Kürdən su içməyi reallaşa bilərdi.

Əvvəlki yazılarımızda bu tarixi hadisələrin fəal iştirakçıları haqqında qısa şəkildə məlumat vermişdik. Bu günkü yazımızda həmin hadisələrin ən fəal iştirakçılarından və əsas təşkilatçılarından olan Pircahanlı Teymur kişi haqqında dəyərli, Qarabağı unutmayan, Qarabağ dərdini qəlbində gəzdirən oxucularımıza qısa məlumat verməyi özümüzə borc bildik.

Pircahan kəndi Laçın rayonunun Minkənd, Güləbird, Şəlvə, Qorçu, Cicimli kimi ən qədim kəndlərindən biridir. Qədim oğuz eli, türk obası olan bu kənddən Laçın rayonunun ictimai-siyasi həyatında böyük xidmətləri olan əzmkar, vətənpərvər, ziyalı şəxsiyyətlər çıxıb. Rayonun yaranması və qurulmasında təhsilin, səhiyyənin, təsərrüfat sahələrinin formalaşmasında Pircahan kəndindən olan Kamal Ablasov, Rəhim Rüstəmov, Abbas Abbasov, Musa İsayev, Ayaz Abbasov, ömrünün ən gözəl, gənclik illərini doğma kəndindən kənarda, rayonun kəndlərində müəllimlik etmiş gözəl şair Əbdüləhəd Pircahanlı, 1988-ci ildən bu günə qədər, öz elindən, doğma camaatından, rahat həyat yaşamaq üçün imkan olduğu halda belə ayrılmayan Məhiyəddin İmamverdiyev tək Laçın rayonunda deyil, bütün Qarabağda ən hörmətli, dəyərli, ağsaqqallardan, ziyalılardandır.

Pircahan kəndinin ən hörmətli, müdrik, el ağsaqqallarından biri də Teymur kişidir.

Teymur Nəcəf oğlu Mərdənov 1879-cu ildə Laçın rayonunun Pircahan kəndində anadan olub. Gənc yaşlarından öz əməksevərliyi, qoçaqlığı, həmişə haqqın-ədalətin tərəfində olması, eyni zamanda təhsil alması onu yaşıdlarından fərqləndirirdi. Gənc yaşlarında ətraf kəndlərin də problemlərinin həllində fəal iştirakı Teymura xüsusi hörmət qazandırmışdı. O dövrdə yerli qəza, quberniya məmurları bu ərazidə müəyyən məsələlərin həllində Teymurla məsləhətləşməli, bəzi hallarda onunla hesablaşmalı olurdular.

Teymur kişinin doğma torpağının, elinin namus və qeyrətini çəkmək, elin qayğısına qalmaq bacarığı 1918—ci ildə Birinci Dünya Müharibəsində məğlub olmuş çar Rusiyasının bütün ərazisində olduğu kimi erməni terrorçu dəstələrinin Bakıda, Qubada, Şirvanda Azərbaycanın digər bölgələrində qırğın törətdikləri ağır bir vaxtda əliyalın, qorxu, təlaş içərisində öz ölümlərini gözləyən sadə xalqın önünə çıxmaq, onu səfərbər etmək, doğma elin, torpağın müdafiəsini təşkil etmək tarixi bir zərurət idi. Belə ağır vaxtda, müdrik ağsaqqal sözünə ciddi ehtiyac duyulduğu bir vaxtda Teymur kişi öz həyatını, müəyyən səviyyədə malını-mülkünü fikirləşmədən elin, xalqın önünə çıxdı, onlara bu ağır günündə maddi və mənəvi dəstək oldu.

Teymur kişinin tarixi xidməti ondan ibarət idi ki, o, erməni terrorçularına qarşı ayrı-ayrı kəndlərdə göstərilən kortəbii, dağınıq müqaviməti təşkilatlandırmaq, qüvvələri birləşdirmək üçün ağıllı tədbirləri müdrikcəsinə həyata keçirə bildi.

Vəziyyət o dərəcədə ağırlaşmış, mürəkkəbləşmişdi ki, hətta Sultan bəy özü dinc əhalini ərazidən çıxarmaq barədə Teymur kişi ilə məsləhətləşməli olmuşdu. Belə bir ağır vaxtda, təkbaşına, kiçik 10-15 nəfərlik dəstələrlə ermənilərə qarşı döyüşən mərd, qoçaq adamları bir yerə toplamaq, onların səylərini birləşdirmək o qədər də asan deyildi. Ona görə də Teymur kişi Pircahan kəndini tərk edərək döyüşlərin getdiyi əraziyə – Minkənd çayı boyunca, hərbi dillə desək cəbhə xətti boyunca kəndlərə gəlir. O, burada sözü keçən hörmətli ağsaqqallarla, xüsusən Kosalarlı Mərdan, Sadınlarlı Allahverdi, Minkənddə Şahsuvarlılarla görüşür. Qoçaq olduğu qədər də, qürurlu, mərd, eyni zamanda heç kəsə tabe olmayan inadkar Seyid Həmidi, Cağazurlu Ağammədi, Hacılarlı Ağaları çox çətinliklə olsa da bir yerə toplaya bilir. Xalqın bu ağır günündə aralarında olan xırda, əhəmiyyəsiz narazılıqları kənara atıb, doğma torpağın, elin namus və qeyrətini qorumağın vacib olduğunu onlara qəbul etdirə bilmişdi. Eyni zamanda Teymur kişi mənəvi dəstəklə yanaşı, maddi dəstəksiz torpaqların müdafiəsini təşkil etməyin mümkünsüzlüyünü də qabartmış və Sultan bəy olmadan müqavimətin təşkilinin qeyri-mümkünlüyünü də önə çəkmişdi.

Məhz Teymur kişinin təşkilatçılığı ilə Pircahanda Sultan bəylə o dövrün ən fəal adamlarının tarixi görüşü təşkil olundu. Görüş zamanı, nəyinki Laçının, Qarabağın, bütün Azərbaycanın, türk dünyasının ən böyük şəxsiyyətlərindən biri olan Sultan bəy öz alın təri ilə qazandığı var-dövlətini, bütün sərvətini ermənilərin bu torpaqlara buraxılmaması üçün aparılan mübarizəyə sərf ediləcəyini bildirmiş, xalqın igid oğlu, əfsanəvi qəhrəman Seyid Həmidə şəxsən müraciət edərək kafirləri məhv edib torpaqlarımıza buraxmamaq üçün ona hərtərəfli kömək göstərəcəyini bildirmişdi. Görüşdə Seyid Həmid, Cağazurlu Ağamməd, Hacılarlı Ağalar, o cümlədən Şahsuvarlıların nümayəndəsi, Kosarlı Mərdan kişi, Sadınlarlı Kərbəlayi Yusif oğlu Allahverdi iştirak etmişdilər.

Məhz bu tarixi görüş Qara göl döyüşlərinin azəri-türklərinin qələbəsi ilə başa çatmasında həlledici rol oynadı. Bu görüşdən sonra Teymur kişi Pircahana qayıtmadı, döyüşlər gedən Caqazur , Hacılar, Sadınlar, Mollaəhmədli, Minkənd kəndlərində gecə-gündüz hərbi əməliyyatların təşkili, döyüşçülərin silahla, ərzaqla təhcizatı işlərində iştirak etdi. O, xüsusən heç kəsə tabe olmaq istəməyən, ipə-sapa yatmayan Seyid Həmidin daim yanında bir komandir kimi onun əsas məsləhətçisi olmuşdu.

Qara göl döyüşləri qalibiyyətlə başa çatdıqdan sonra Teymur kişinin xalq arasında hörməti daha da artmış, onu müdrik el ağsaqqalı səviyyəsinə yüksəltmişdi.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da yeni hökümət xalq arasında nüfuzuna görə Teymur kişiyə hörmətlə yanaşmış, hələ Laçın rayonu təşkil edilməzdən əvvəl 1919-1924-cü illərdə o, böyük bir ərazini əhatə edən- Abdallardan başlanmış Lalalı, Sarıbaba yaylaqlarını əhatə edən Xırmanlar, Ayıbazarı, Ərdəş və Dərəkənd, Vağazin, Pircahan, Alqulu, Böyük Seyidlər, Qaracanlı, Alpoud kəndlərini birləşdirən Pircahan nahiyyə Şurasının sədri təyin edilmişdi.

Teymur kişi öz şəxsi nüfuzundan, hörmətindən istifadə edərək, ağır 30-cu illərdə rayonda repressiyaların kütləvi hal almasının qarşısının alınmasında, bir çox günahsız laçınlıların repressiyadan xilas edilməsində fəallıq göstərib.

Teymur kişi gözəl ailə başçısı olub. Onun Şəkər adlı həyat yoldaşı və 8 övladı – 5 qız, 3 oğlu olub. Teymur kişinin oğlu Bahadur Nəcəfov, qızı Suqra Sultan bəyin silahdaşı Pircahanlı Teymur kişiNəcəfova rayonda təhsil işinin təşkili və inkişafında mühüm rol oynayıblar. Teymur kişi 1973-cü ildə 74 yaşında vəfat edib.

Qədirbilən Laçın eli, bütün Qarabağ müdrik el ağsaqqalı, elinin, obasının namusunu hər şeydən üstün tutan Teymur kişini bu gün də iftixarla yad edir, onun xatirəsini əziz tuturlar.

Nizami İsmayıl










SON XƏBƏRLƏR
Başı qırxılan qadın...
İraqda İŞİD üzərində qələbənin ildönümü qeyd olunur
Kəlbəcərdən yeni görüntülər - VİDEO
Umayra Tağıyeva yeni vəzifəyə təyin olunub
İlham Əliyev Beynəlxalq Şahmat Federasiyası prezidentini qəbul etdi
Vətəndaşlara birdəfəlik ödəmələrlə bağlı narazılıqlara aydınlıq gətirildi
Alimlərimizin dünyaya çıxmaq imkanları var
Dövlət Komitəsinin əməkdaşı Gürcüstandakı Ahıska türkləri ilə görüşüb
"Arsenal" - "Qarabağ" oyununun hakimləri açıqlanıb
Mərhum General-mayor Fikrət Məmmədovun doğum günüdür
Özü ölsə, sözü ölməz ustadın
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd edilib
RONNI Electronics -yeni il qabağı müştərilərini hədiyyələrlə sevindirdi
Azərbaycanda xəbər aparıcılarının tələffüz zamanı etdikləri səhvlər açıqlanıb - SİYAHI
Şəlvə sovməəsi - Laçının əsir abidələri - FOTO
Nyu-York radiosunda Rəşid Behbudova həsr edilmiş veriliş yayımlandı
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: TAHİRƏ (ZƏRİNTAC) QÜRRƏTÜL-EYN - II YAZI
Paşinyanı Moskvada mühafizəçilərlə bir yerdə əyləşdirdilər
Qurban Qurbanov millidən getdi
Millət vəkili şagirdlərə dərs vəsaiti göndərdi
“Azərbaycan...Qazax...Səməd” - Mühacir Baycanın son sözləri
Azərbaycan və İran birgə peyk istehsalını planlaşdırır
Günah xəbərlərini həvəslə tirajlamayın!.. - Bunun özü də böyük günahdır...
Niderlandın “Wereldregio” qəzeti Niderland-Azərbaycan əlaqələri haqqında yazdı
Ərdoğan Poroşenkonun xahişini Putinə çatdırdı
Cavid Qurbanov: “Atillanın ayağı dəyən bütün türk torpaqlarına iddialıyıq”
Səksən səkkiz il əvvəl baş vermiş üsyan
Bu gün Azərbaycan Cümhuriyyətinin ilk baş nazirinin doğum günüdür
Sankt-Peterburqda İlham Əliyevin Nikol Paşinyanla söhbəti oldu
Koçaryanın həbsi barədə qərar verildi