Qarabag Media
Haqqımızda Əlaqə

Tarixin gedişatını dəyişən Malazgird döyüşü — TURAN TAKTİKASI


Tarix:12-07-2018, 12:37 Kateqoriya:Manşet / Tarix

Tarixin gedişatını dəyişən Malazgird döyüşü — TURAN TAKTİKASI

26 avqust 1071- Dünya tarixinin dönüş nöqtəsi, Anadolunun həmişəlik türk torpağı olmasını qətiləşdirən Malazgird meydan savaşı baş vermişdir.

Malazgird döyüşünün tarixi və geosiyasi əhəmiyyəti olduqca böyükdür. Bu hadisə türk tarixində öz əhəmiyyətinə görə yalnız 1453-cu il İstanbulun fəthi və 1526-cı ildə Osmanlıya Avropanın qapılarını açan Mohac savaşı ilə müqayisə oluna bilər. Sultan Alparslanın türklərə Anadoluya girməyə icazə verməsindən sonra Bizans imperatorluğuna Roman Diogen çıxarıldı. O, sayı 200 min olan (bəzi mənbələrə görə 1 milyon) ordu toplayıb Anadoluya, sultan Alparslanla döyüşə yollandı. Onun ordusunda nizami bizans və erməni əsgəri birləşmələrindən başqa muzdlu peçeneq, qıpçaq, slavyan, qot, gürcü döyüşçüləri də var idi. Döyüşün gedişatında türk dilində Alparslanın komandanlarının əmrini eşidən türk birləşmələri səlcuqluların tərəfinə keçdilər. Qorxaq ermənilər isə Bizans ordusuna xəyanət edərək, ümumiyyətlə döyüş meydanından qaçaraq fərarilik etmişdilər. Habelə, imperator Diogen paytaxt Konstantinopoldan Anadoluya gəlib çatdıqda bizans təbəələri olan yerli əhali ona ermənilərin quldur basqınlardan, barbarlıqlarından şikayət etdilər. Bundan qeyzlənən imperator əmr verdi ki, burada yaşayan ermənilərin məhəllələri dağıdılsın. Bir çox ermənilər öldürüldü, başçıları isə sürgünə göndərildi. Alparslan Bizans imperatorunun Azərbaycandan keçərək İsfahanı tutmaq niyyətində olduğunu, Səlcuqlu dövlətini süquta uğratmaq istədiyini bilirdi. O, düşməninin çox güclü olduğunu görərək, ordusunun ruhdan düşməməsi üçün ağ kəfən geyinərək atının quyruğunu bağlamış və özünün həlak olacağı yerdə basdırılmasını əmr etmişdi. 1071-ci il 26 avqust cümə günü başlayan tarixin ən böyük meydan müharibələrindən biri türklərin “Turan taktikası” nəticəsində onların xeyrinə bitdi. Alparslan əvvəlcə zəif dəstələri irəli göndərdi, onlar bir azdan bizansliların qarşısından geri çəkildilər. Bizans ordusu da onların arxasından təqib etməyə başladılar. Ağır zirehli qoruyucu geyimdə olan bizans əsgərləri yüngül türk döyüşçülərini axıracan izləyə bilməyib yoruldular. Bu zaman yaxınlaşan əsas Səlcuqlu qüvvələri bizanslıları darmadağın etdi. İmperator Diogen əsir götürüldü. Alparslan onu böyük miqar pul qarşılığında azad buraxsa da, lakin məğlub imperator taxtdan devrilmiş, yerinə başqa imperator gətirilmişdi. Diogen əvvəlcə kiçik bir kilsəyə sığınaraq rahiblik etsə də, sonradan gözlərinə mil çəkilərək edam edildi.

Bir neçə gün sonra isə gözünə düşən infeksiyadan öldü. Yeni Bizans imperatoru Diogenlə Alparslan arasındakı sülh müqaviləsini tanımaqdan imtina etdiyi üçün Alparslan türk bəylərinə Anadolunu tamamilə ələ keçirmək əmrini verdi. Anadoludan sonra Avropaya türk fəthlərinin başlayacağndan qorxuya düşən Roma Papası Avropanın bütün xristiyan krallarına Şərqə səlib yürüşünə başlamaq çağırışı etdi. Malazgird döyüşü isə Anadolunun qapılarını türklərə açmaq, özlərinin qarşısında əsas maneə olan Bizansın zəiflədilməsi baxımından əhəmiyyətli oldu. Səlcuqlu dövləti də getdikcə zəifləsə də, onun yerində türk bəylikləri meydana gəldi ki, bunlardan da ən əsası 624 il üç qitəyə, yeddi dənizə hökmranlıq etmiş Osmanlı imperatorluğu oldu. Ancaq bir çoxlarının bildiyi kimi, Malazgird türklərin Anadoluya gəlişi tarixi deyil, hakim oluşu tarixidir! Miladdan çox çox əvvəl burada türk tayfaları yaşayırdılar. Malazgird isə onları Anadolunun hakimi elədi!

Nəzakət Məmmədova










SON XƏBƏRLƏR
Bakıda məktəbdə xeyli sayda hərbi sursat aşkarlandı
Adnan Oktarın böyük qardaşı da saxlanıldı
Şirvanşahlar dövlətinə aid nadir eksponatlar Azərbaycana gətirilib
İlham Əliyev: "Bu, bizim iqtisadi gücümüzü artıracaq"
“Anamın göndərdiyi pulla dolanıram” – Saakaşvili
SƏFƏRİ MƏNİM MƏCLİSİMƏ GƏTİRMİŞDİLƏR
"Qarabağı rəsmən itirsək, gələcək nəslə şikəst Azərbaycan vermiş olacağıq"
Kərəm Həsənov qanunsuz tikililərlə bağlı tapşırıq verdi
“Dağlıq Qarabağ yox desə, məsələ həll olunmayacaq”
Bu müəllimlərin maaşı artırılacaq - RƏSMİ
Faiq Ələkbərli: "Türkçülüyü ancaq millətçilik kimi anlamaq çox yanlışdır"
DİQQƏT! Bakıda erməni kartofları satılır (TƏHLÜKƏ)
Bakıda Mikayıl Müşfiqin qalıqları tapıldı
Noyabrda ardıcıl 3 gün iş olmayacaq
Cümhuriyyətlə yaşıd sevgi hekayəsi – “Əli və Nino”
İlham Əliyev İmişlidə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib
Türkiyədə antitteror əməliyyatı: 18 terrorçu məhv edildi
Paşinyan ağalarının Qarabağ xəbərdarlığından hansı nəticələri çıxaracaq?
Kayseridə Xocalı abidəsi açıldı
Koalisiya qüvvələri Suriyada məscidə zərbə endirib, 16 nəfər ölüb
Buraxılış və qəbul imtahanlarının yeni modeli: dəyişən nədir?
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram! — Xəlil Rza Ulutürkün doğum günüdür
Ermənilər Laçının Mirik kəndində arxeoloji qazıntı işləri aparır — FOTO
Azərbaycan əsgəri şəhid oldu — VİDEO
HÜSEYN CAVİD İNSAN HAQQINDA - III YAZI
Azərbaycanın sabiq nazir aparıcılığa başladı — VİDEO
400 il bundan əvvəl batmış gəmi tapılıb- Portuqaliyada
Qaxda yola çıxan at qəzaya səbəb olub, bir qadın xəsarət alıb - FOTO
Prezidentliyə namizəd Salome Zurabişvili xalqa azərbaycanca müraciət etdi - VİDEO
ABŞ-da Araz Ağalarovun hesablarını bağladılar