Qarabag Media
Haqqımızda Əlaqə

Xəcalət SAĞLIĞI


Tarix:14-09-2018, 01:04 Kateqoriya:Manşet / Yazarlar

Xəcalət SAĞLIĞI Arif MƏMMƏDLİ

Məhərrəmlik ayında, yeyib-içməyin, oxuyub-oynamağın bir qədər səngidiyi, əyləncələrin nisbətən azaldığı bir vaxtda (bunun Azərbaycan televiziyalarına aidiyyəti yoxdur) bizə xəcalət gətirən bir “sağlıq” haqqında danışmaq istəyirəm. Etiraf edim ki, o “sağlğı” badəli-badəsiz mən də çox söyləmişəm. Elə bir toy, sünnət, ad günü şənliyi yoxdur ki, həmin “sağlıq” səslənməsin. Təxmini məzmunu belədir: “Hörmətli filankəs, səni ürəkdən təbrik edirəm! Allah balalarını xoşbəxt eləsin. Bəylə gəlinimizə ailə səadəti, bir yastıqda qocalmağı arzulayıram! Bir müqəddəs arzum da var. Gün o gün olsun ki, bu gün toy məclisinə yığışdığımız gənclərin gələn il bu vaxtı övladları dünyaya gəlsin və onun dünyaya gəlişini, bütün xeyir işlərimizi Qarabağda, Şuşada, Laçında, Kəlbəcərdə, Qubadlıda, Xocalıda, Ağdamda, Zəngilanda, Füzulidə, Qərbi Azərbaycanda... qeyd edək. İnanıram ki, o gün mütləq gələcək, özü də yaxın vaxtlarda gələcək”.

Doğrudan da müqəddəs arzudur, hər birimizin ürəyindən keçən istəkdir. Amma 30 ilə yaxındır ki, reallaşdıra bilmədiyimiz bir arzunu təkrar-təkrar söyləmək adama utanc gətirir. Belə yerdə susmaq “gəvəzə-gəvəzə” danışmaqdan daha abırlı görünür. Ona görə də bu “xəcalət sağlığı”ndan gec də olsa imtina edirəm. Əlbəttə, ümidimi də itirməmişəm və bu müqəddəs arzumuza qovuşacağımıza inanıram. Hələlik isə inamımı “xəcalət sağlığı”nda üfürülmüş şara çevirib urvatdan salmaq istəmirəm...

KARABAKHMEDİA.AZ










SON XƏBƏRLƏR
Bakıda məktəbdə xeyli sayda hərbi sursat aşkarlandı
Adnan Oktarın böyük qardaşı da saxlanıldı
Şirvanşahlar dövlətinə aid nadir eksponatlar Azərbaycana gətirilib
İlham Əliyev: "Bu, bizim iqtisadi gücümüzü artıracaq"
“Anamın göndərdiyi pulla dolanıram” – Saakaşvili
SƏFƏRİ MƏNİM MƏCLİSİMƏ GƏTİRMİŞDİLƏR
"Qarabağı rəsmən itirsək, gələcək nəslə şikəst Azərbaycan vermiş olacağıq"
Kərəm Həsənov qanunsuz tikililərlə bağlı tapşırıq verdi
“Dağlıq Qarabağ yox desə, məsələ həll olunmayacaq”
Bu müəllimlərin maaşı artırılacaq - RƏSMİ
Faiq Ələkbərli: "Türkçülüyü ancaq millətçilik kimi anlamaq çox yanlışdır"
DİQQƏT! Bakıda erməni kartofları satılır (TƏHLÜKƏ)
Bakıda Mikayıl Müşfiqin qalıqları tapıldı
Noyabrda ardıcıl 3 gün iş olmayacaq
Cümhuriyyətlə yaşıd sevgi hekayəsi – “Əli və Nino”
İlham Əliyev İmişlidə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib
Türkiyədə antitteror əməliyyatı: 18 terrorçu məhv edildi
Paşinyan ağalarının Qarabağ xəbərdarlığından hansı nəticələri çıxaracaq?
Kayseridə Xocalı abidəsi açıldı
Koalisiya qüvvələri Suriyada məscidə zərbə endirib, 16 nəfər ölüb
Buraxılış və qəbul imtahanlarının yeni modeli: dəyişən nədir?
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram! — Xəlil Rza Ulutürkün doğum günüdür
Ermənilər Laçının Mirik kəndində arxeoloji qazıntı işləri aparır — FOTO
Azərbaycan əsgəri şəhid oldu — VİDEO
HÜSEYN CAVİD İNSAN HAQQINDA - III YAZI
Azərbaycanın sabiq nazir aparıcılığa başladı — VİDEO
400 il bundan əvvəl batmış gəmi tapılıb- Portuqaliyada
Qaxda yola çıxan at qəzaya səbəb olub, bir qadın xəsarət alıb - FOTO
Prezidentliyə namizəd Salome Zurabişvili xalqa azərbaycanca müraciət etdi - VİDEO
ABŞ-da Araz Ağalarovun hesablarını bağladılar