Qarabag Media
Haqqımızda Əlaqə

TÜRK MİLLİYYƏTÇİLİYİNDƏ SİYASƏT


Tarix:18-09-2018, 12:27 Kateqoriya:Manşet / Türk dünyası

TÜRK MİLLİYYƏTÇİLİYİNDƏ SİYASƏTBəzi gənclərimiz arasında milliyyətçilikdə siyasi qayənin olmadığı və siyasi fikirlərin səslənmədiyi dilə gətirilir. Öncəliklə, gəncliyə bizlərə və milliyyətçiliyə yönəlik istək və qayğılarından dolayı təşəkkür edirik. Ölkə gəncliyinin Milliyyətçi Hərəkatdan birşeylər umması, ona ümid bəsləməsi bizləri sevindirir.

Türkçülüyün (Türk milliyyətçiliyi) mahiyətini tam anlamı ilə anladığımız zaman görürük ki, Türkçülük əsas mahiyəti ilə siyasi bir ideologiyadır. Hətta tarixi olaylardan yola çıxaraq əminliklə deyə bilərik ki, Türkçülük ən böyük siyasi ideologiyadır. Bunun ən bariz örnəklərindən biri, Panslavyanizm qarşısında duruş gətirə bilməsidir. Türkçülük onu təmsil edənlərin az olmasına, yaşadıqları bölgənin Çar Rusiyası işğalında olmasına baxmayaraq Panslavyanizmə qarşı savaşdı. Bu durum Türkçülüyün necə böyük bir siyasi ideologiya olduğunun göstəricisidir.

Türkçülük bir neçə yöndən ibarətdir ki, bu yönlərindən biri olmazsa Türkçülük də tam anlamı ilə ifadə və tətbiq edilə bilməz. Türkçülüyün üç sac ayağı vardır. 1. Siyasi Türkçülük. 2. Elmi Türkçülük. 3. Mədəniyyət yönündə Türkçülük. Bunların üçü də biri-birinə bağlıdır və biri digərini tamamlayır. Bu səbəbdən də biri olmadan digərlərini etməyə çalışsaq başarısız olarıq. Necə ki, sac ayağının ayaqlarından biri olmadıqda sac istifadəyə yararsız olur, Türkçülük də belədir, sıraladığımız üç əsasından biri olmazsa olmur... Biz bu üç sac ayağından birincisini yəni Siyasi Türkçülüyü hər zaman ön planda tutmalıyıq. Gənclər bir məsələni də diqqətdə saxlasınlar ki, Türkçülüyün vahid, dəyişməz siyasi qayəsi yoxdur. Zamana və məkana görə siyasi davranış və fikirlər dəyişə bilər. Bu Türkçülüyün daim yenilənən bir siyasi ideologiya olmasından irəli gəlir. Türkçülüyün tarixini dərindən araşdıran gənclərimiz görəcəklər ki, Türkçülük meydana çıxdığı andan etibarən istər Çar Rusiyası, istərsə də Osmanlı imperiyası içərisində dövrün ən böyük siyasi rejimlərinə qarşı olub. Biz bu siyasi mücadələnin örnəyini Azərbaycanda, Çar Rusiyası zamanında Əli bəy Hüseynzadədə, Əhməd bəy Ağaoğlunda görürük. Ən önəmli məqam isə 1918-ci ildə qurulan Azərbaycan Cümhuriyyəti H.Zərdabinin “Əkinçi”si ilə elmi Türkçülük toxumu ilə cücərən Türkçülük fikrinin siyasi bir ürünüdür. M.Ə.Rəsulzadənin, N.Yusifbəylinin, Ə.Topçubaşovun savaşdıqları bir siyasi sitem vardı və onlar bir Türk milliyyətçisi olaraq Milliyyətçiliyin o zamana görə gərəkdirdiyi siyasi fikirlərlə işğal rejiminin qarşısına çıxırdılar. Bu siyasi fikirlər ilk aşamada milli muxtariyyət, irəliləyən zamanlarda isə tam bağımsız Azərbaycan davasına çevrildi. Osmanlı imperiyasında da Türk milliyyətçiliyi II Əbdülhəmid rejiminə qarşı siyasi yönü ilə savaşırdı. Biz bunu rejim tərəfindən həbs və sürgünlərə məruz qalan Akçura örnəyində bütün Türkçülərdə görürük. Türk milliyyətçiliyinin siyasi mübarizəsinin tarixi 1870-ci ildən başlayır və hələ də davam etməkdədir. Yaxın tariximizə baxdığımızda 1944-cü ildə Türkiyədə Türkçülərin həbsə atılması və günümüz Azərbaycan Respublikasının qurulması 1980-ci illərdə başlanan milliyyətçi bir hərəkatın siyasi mübarizəsinin bir örnəyidir. Milliyyət duyğusundan yaranan milliyyətçilik hissi millətləri diri tutur və onları daima başqa millətlərlə rəqabətə sövq edərək millətin üstün olmasını təmin edir. Bu rəqabət texnologiyada, təhsildə, mədəniyyətdə özünü göstərir ki, bunu da milliyyətçiliyin daxili və xarici siyasi yönü ilə etmək mümkündür. İnanırıq ki, bu bilgiləndirici açıqlamadan sonra Milliyyətçi Hərəkata inanan ölkə gəncliyinin bu əsassız, ancaq sevgidən doğan qayğıları sona yetəcəkdir.

Yuxarıda, Türkçülüyün özündə siyasi bir ideologiya olduğunu tarixi olaylar üzərindən örnək verərək göstərdik. Belə olduğu halda heç bir kimsə milliyyətçiliyin siyasi qayəsinin olmadığını söyləyə bilməz. Türk milliyyətçiliyinin siyasi qayəsinin olmaması mümkün deyildir. Bir problem daha vardır. Belə ki, bir çox gənclərimiz də tam əksinə olaraq özünü Türkçü adlandırdığı halda siyasətə qarışmadığını, siyasətlə maraqlanmadığını söyləyirlər. Türk milliyyətçiliyi fikrində siyasətin olmadığını söyləməklə, Türk milliyyətçisi olduğu halda siyasətə qarışmıram demək biri birinə bənzər xətalardır. Hər iki tərəf də yanılqı içərisindədirlər.

Əgər, bir Türk milliyyətçisi milli hakimiyyət, fərqli iqtisadi sistem, fərqli yönətim düzəni istəyirsə və millətinin rifahının yüksək olmasını arzulayırsa bu istək və arzular siyasi dəyişikliklərə gətirib çıxardır və yalnız siyasi dəyişikliklərlə mümkün olar. Siyasi dəyişiklik dediyimizdə bu həm siyasi hakimiyyətin dəyişməsi kimi anlaşıla bilər, həm də siyasi hakimiyyətin daxili və xarici siyasətində dəyişikliklər etməsi olaraq da anlaşıla bilər. Bir ölkədə gündəlik təlabat üçün ən çox gərəkli olan çörəyin qiymətinin qalxması belə daxili və xarici siyasətin nəticəsidirsə, vətəndaşın və dolayısıyla Milliyyətçi birinin siyasətə qarışmamaq kimi bir fikir səsləndirməsi doğru deyildir. Siyasət dediyimizdə bunu geniş anlamda alqılamaq lazımdır. Bir ölkədə siyasət mədəni, ideoloji, iqtisadi və s. formalarda olur və özəllikə milliyyətçi biri bunlarla yaxından ilgilənməlidir.

Biz inanırıq ki, gənclərimiz bizləri doğru anlamışdır. Çünki, dediklərimizi şəxsi və ya qurum mənafeyindən yola çıxaraq deyil, bilgiləndirmə məqsədi ilə Türk milliyyətçiliyi adına yazdıq.

MGT İH Sədri: İskəndər Osmanlı










SON XƏBƏRLƏR
Bakıda məktəbdə xeyli sayda hərbi sursat aşkarlandı
Adnan Oktarın böyük qardaşı da saxlanıldı
Şirvanşahlar dövlətinə aid nadir eksponatlar Azərbaycana gətirilib
İlham Əliyev: "Bu, bizim iqtisadi gücümüzü artıracaq"
“Anamın göndərdiyi pulla dolanıram” – Saakaşvili
SƏFƏRİ MƏNİM MƏCLİSİMƏ GƏTİRMİŞDİLƏR
"Qarabağı rəsmən itirsək, gələcək nəslə şikəst Azərbaycan vermiş olacağıq"
Kərəm Həsənov qanunsuz tikililərlə bağlı tapşırıq verdi
“Dağlıq Qarabağ yox desə, məsələ həll olunmayacaq”
Bu müəllimlərin maaşı artırılacaq - RƏSMİ
Faiq Ələkbərli: "Türkçülüyü ancaq millətçilik kimi anlamaq çox yanlışdır"
DİQQƏT! Bakıda erməni kartofları satılır (TƏHLÜKƏ)
Bakıda Mikayıl Müşfiqin qalıqları tapıldı
Noyabrda ardıcıl 3 gün iş olmayacaq
Cümhuriyyətlə yaşıd sevgi hekayəsi – “Əli və Nino”
İlham Əliyev İmişlidə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib
Türkiyədə antitteror əməliyyatı: 18 terrorçu məhv edildi
Paşinyan ağalarının Qarabağ xəbərdarlığından hansı nəticələri çıxaracaq?
Kayseridə Xocalı abidəsi açıldı
Koalisiya qüvvələri Suriyada məscidə zərbə endirib, 16 nəfər ölüb
Buraxılış və qəbul imtahanlarının yeni modeli: dəyişən nədir?
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram! — Xəlil Rza Ulutürkün doğum günüdür
Ermənilər Laçının Mirik kəndində arxeoloji qazıntı işləri aparır — FOTO
Azərbaycan əsgəri şəhid oldu — VİDEO
HÜSEYN CAVİD İNSAN HAQQINDA - III YAZI
Azərbaycanın sabiq nazir aparıcılığa başladı — VİDEO
400 il bundan əvvəl batmış gəmi tapılıb- Portuqaliyada
Qaxda yola çıxan at qəzaya səbəb olub, bir qadın xəsarət alıb - FOTO
Prezidentliyə namizəd Salome Zurabişvili xalqa azərbaycanca müraciət etdi - VİDEO
ABŞ-da Araz Ağalarovun hesablarını bağladılar