Qarabag Media
Haqqımızda Əlaqə

Fəxri Xiyabanda Cümhuriyyət izləri - FOTOLAR


Tarix:23-09-2018, 23:35 Kateqoriya:Manşet / Araşdırma

Fəxri Xiyabanda Cümhuriyyət izləri - FOTOLAR

1948-ci il avqust ayının 27-də Mir Cəfər Bağırovun tapşırığı ilə Azərbaycan SSR Nazirlər Soveti aşağıdakı qərarı qəbul edir:

1. Bakı Şəhər İcraiyyə Komitəsinə (A.Buzdakov və T.Qasımov yoldaşlara) tapşırılsın ki, 1948-ci ildə ümumi dəyəri 180 min manat dəyərində Fəxri Xiyabanın tikintisinə başlasınlar və buraya Azərbaycanın böyük elm və incəsənət xadimlərindən 12-sinin qəbri köçürülsün (siyahı əlavə olunur), Fəxri Xiyabanın tikintisi 1949-cu ilin 1-ci yarısında başa çatdırılsın.
Fəxri Xiyabanda Cümhuriyyət izləri - FOTOLAR

2. Azərbaycan SSR Nazirlər Soveti Yanında Arxitektura İşləri İdarəsinə təklif edilsin ki, bu il sentyabr ayının 20-dən gec olmayaraq, Azərbaycanın görkəmli elm və incəsənət xadimlərinin 12 nəfərinin qəbirüstü abidəsi daxil olmaqla, Fəxri Xiyabanın ilk model nümunəsini hazırlasın.
Fəxri Xiyabanda Cümhuriyyət izləri - FOTOLAR

3. Azərbaycan SSR Maliyyə Nazirliyinə bir vəzifə olaraq tapşırılsın ki, 1948-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinə qəbirüstü abidə daşlarının hazırlanması məqsədilə neft çıxarılması üzrə vəsaitdən 90 min manat ayırsınlar, 1949-cu ildə də bu məbləğ nəzərdə tutulsun. Həmçinin Vidadinin qəbirüstü abidəsinin qoyulmasına Qazax rayon icraiyyə komitəsinə 15 min manat, Seyid Əzim Şirvaninin və Mirzə Ələkbər Sabirin qəbirüstü abidəsinin hazırlanması üçün Şamaxı rayon icraiyyə komitəsinə 30 min manat məbləğində vəsait ayrılsın.
Fəxri Xiyabanda Cümhuriyyət izləri - FOTOLAR

4. Azərbaycan SSR Nazirlər Soveti Dövlət Plan Komitəsinə tapşırılsın ki, Fəxri xiyabanın tikintisi üçün Bakı Şəhər İcraiyyə Komitəsini lazım olan miqdarda sementlə təmin etsin.
Fəxri Xiyabanda Cümhuriyyət izləri - FOTOLAR

1948-ci ildə Fəxri Xiyabanın ilk sakinləri Cəlil Məhəmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Hüseyn Ərəblinski, Süleyman Sani Axundov, Cabbar Qaryağdı, Rüstəm Mustafayev, Əzim Əzimzadə, Hüseynqulu Sarabski olur. Mir Cəfər Bağırovun vaxtında ilk dəfə birbaşa çiyinlərdə Fəxri Xiyabana gətirilən fəxri insan isə 1948-ci il noyabrın 23-də Üzeyir bəy Hacıbəyli olub.

***
Fəxri Xiyaban Sovet dönəmində təşkil edildiyi üçün orada Sovet Azərbaycanı dönəmində yetişən və ya bolşeviklərin “bizim adamlar” hesab etdikləri şəxslər daha çox dəfn olunub. Müstəqillik illərində isə Azərbaycanın görkəmli siyasətçiləri, dövlət xadimləri, sənət adamları burada torpağa tapşırılıblar.
Fəxri Xiyabanda Cümhuriyyət izləri - FOTOLAR

Bu il Azərbaycan Cümhuriyyətinin 100-cü ildönümü olduğu üçün Fəxri Xiyabanda ilk respublikamızda xidmət etmiş şəxslərin izinə düşdük.

Beləliklə, Fəxri Xiyabanda Cümhuriyyət dönəmində xalqa xidmət etmiş və ya vəzifə başında olmuş kimlər dəfn olunub?

Üzeyir bəy Hacıbəyli – Azərbaycan Cümhuriyyəti dönəmində rəsmi dövlət qəzeti “Azərbaycan”ın türk dilində çıxan versiyasının redaktoru olub. Üzeyir bəy redaktorluqla yanaşı qəzetdə gündəlik məsələlər və ölkədə baş verən hadisələrlə bağlı ciddi məqalələr yazıb. Xüsusilə, Qarabağ, Andronikin cinayətləri barədə hələ də aktuallığını qoruyan yazılara imza atıb. Üzeyir bəy həmçinin Cümhuriyyət himninin bəstəkarıdır.

Əbdürrəhim bəy Haqverdiyev - 1932-ci ildə qələmə aldığı müxtəsər tərcümeyi-halında Azərbaycanın görkəmli yazıçısı Əbdürrəhim bəy yazır: “1919-cu sənədə Müsavat hökuməti məni Bakıya çağırıb Dağıstana göndərdi. Orada mənim işləməyim Denikinə xoş gəlməyib onun əmri ilə 24 saatda Bakıya sürgün olundum. Bakıda bir az qaldıqdan sonra Ermənistana göndərdilər. Lakin orada mənim hərəkətim hökumətin xətti-hərəkətinə müğayir gəldikdən və Xan Xoyski ilə uzun-uzadı mübahisədən sonra istefa verdim”.

Haqverdiyev 1919-cu il fevralın 25-də Azərbaycan Cümhuriyyətinin Dağlı Respublikasında diplomatik nümayəndəsi təyin olunub. Xarici işlər naziri Məhəmmədyusif Cəfərovun 6 noyabr 1919-cu il tarixli 69 saylı əmri ilə noyabrın 1-dən etibarən Dağlı Respublikası hökuməti yanında Azərbaycan diplomatik nümayəndəliyi ləğv edildiyi üçün Haqverdiyev bu dəfə Ermənistana səfir kimi göndərilib.

Əbdürrəhim bəy 1933-cü ildə vəfat edib.

Səməd ağa Ağamalıoğlu - Səməd ağa Ağamalıoğlu 1867-ci ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində doğulub. Ağamalıoğlu 1918-ci ilin fevralında Tiflisə köçüb, bolşevik “Hümmət” təşkilatının xadimlərindən biri, həmin təşkilatın orqanları sayılan “Gələcək” və “Pobujdeniye” qəzetlərinin redaktoru olub. Azərbaycan Cümhuriyyəti Parlamentində sosialistlər fraksiyasının üzvü olub. Bolşeviklərin Azərbaycanı işğalını dəstəklədiyi üçün sovet hökuməti dönəmində də yüksək vəzifələrdə çalışıb. 1930-cu ildə Moskvada vəfat edib. Daha sonra məzarı Fəxri Xiyabana köçürülüb.

Cəfər Cabbarlı – 1918-ci il noyabrın 10-da Bakı İctimai Yığıncaqlar Evinin yay binasında Qafqaz İslam Ordusuna və Bakının xilaskarı Nuru paşaya ziyafət verilir. Tədbirdə Fətəli xan Xoyski “Ədirnə fəthi” əsərinin müəllifi Cəfər Cabbarlını Nuru paşaya təqdim edir. Nuru paşa onu bağrına basır. Cabbarlı Nuru paşanı evinə dəvət edir. Nuru paşa onun ev şəraitinin yaxşı olmadığını gördüyü üçün dəstək olmaq istəyir, lakin Cabbarlı imtina edir. Buna baxmayaraq Nuru paşa Cabbarlının evinə hədiyyələr göndərir. Həmin hədiyyələr nikelli dəmir çarpayı, daş güzgü, paltar üçün asılqan, divar saatı və digər əşyalar idi. Cabbarlı daha sonra Qafqaz İslam Ordusuna və Nuru paşaya xalqımızın vəfa borcunu ödəyərək 5 pərdəli “Bakı müharibəsi” dram əsərini yazır.

7 dekabr 1918-ci ildə Azərbaycan Parlamenti açıldığı zaman Cəfər Cabbarlı stenoqrafçı vəzifəsində işə başlayır. O, həmçinin “Azərbaycan” qəzetində tərcüməçiliklə məşğul olur. Cümhuriyyətin işğalından sonra Cabbarlı gizli İstiqlal Komitəsində təmsil olunur, bir müddət həbsdə olur.

1934-cü ildə vəfat edir.

İbrahim Əbilov - İbrahim Əbilov 1881-ci ildə Ordubadda dünyaya gəlib. İlk Azərbaycan sosial-demokrat təşkilatı "Hümmət"in üzvü olub. 1918-ci ildə milli parlament dönəmində Əbilov məclisə üzv seçilib, sosialistlər fraksiyasında təmsil olunub. 1920-ci ildə bolşevik işğalından sonra Əbilov Azərbaycan SSR daxili işlər nazirinin müavini təyin olunub, 1921-ci ildə Azərbaycan SSR-nin, sonra isə ZSFSR-in Türkiyədə səlahiyyətli səfiri olub, Mustafa Kamalla yaxın münasibətdə olub. 1923-cü ildə İzmirdə vəfat edib, məzarı Fərxri Xiyabana köçürülüb.
Fəxri Xiyabanda Cümhuriyyət izləri - FOTOLAR

Fəxri Xiyabanda Cümhuriyyət dönəmində milli şeirlər yazan şair, yazıçı Abdulla Şaiqin, aktyor, rejissor, Cümhuriyyət vaxtı qətlə yetirilən və təntənəli dəfn mərasimi keçirilən Hüseyn Ərəblinskinin, Əks-inqilabla Mübarizə Təşkilatınının əməkdaşı Mirfəttah Musəvinin də məzarları var.
Fəxri Xiyabanda Cümhuriyyət izləri - FOTOLAR

Dövlət Müdafiə Komitəsinin sədri Nəsib bəy Yusifbəylinin 1919-cu il iyunun 13‑də imzaladığı sənəddə göstərilir: “Mirfəttah Musəvi cənablarına! Dövlət Müdafiə Komitəsinin sənə cariyə haziranın 11-ci günü vaqe olan iclasında zati aliniz müqabil kəşfiyyat müdirliyinə təyin edilmiş Məhəmmədbağır Şeyxzamanlı cənablarına müavin təyin olunursunuz. Məzkur komitənin qərardadı bərai-məlumat şərh edilir, əfəndim. Dövlət Müdafiə Komitəsinin sədri Yusifbəyli”.

Mirfəttah Musəvi 1919-cu il sentyabrın 5‑də qətlə yetirilib. Məzarı Fəxri Xiyabana köçürülüb və üzərində müsavatçılar tərəfindən qətlə yetirilməsi qeyd olunub./teleqraf.com/

Müəllif: Dilqəm Əhməd










SON XƏBƏRLƏR
Bakıda məktəbdə xeyli sayda hərbi sursat aşkarlandı
Adnan Oktarın böyük qardaşı da saxlanıldı
Şirvanşahlar dövlətinə aid nadir eksponatlar Azərbaycana gətirilib
İlham Əliyev: "Bu, bizim iqtisadi gücümüzü artıracaq"
“Anamın göndərdiyi pulla dolanıram” – Saakaşvili
SƏFƏRİ MƏNİM MƏCLİSİMƏ GƏTİRMİŞDİLƏR
"Qarabağı rəsmən itirsək, gələcək nəslə şikəst Azərbaycan vermiş olacağıq"
Kərəm Həsənov qanunsuz tikililərlə bağlı tapşırıq verdi
“Dağlıq Qarabağ yox desə, məsələ həll olunmayacaq”
Bu müəllimlərin maaşı artırılacaq - RƏSMİ
Faiq Ələkbərli: "Türkçülüyü ancaq millətçilik kimi anlamaq çox yanlışdır"
DİQQƏT! Bakıda erməni kartofları satılır (TƏHLÜKƏ)
Bakıda Mikayıl Müşfiqin qalıqları tapıldı
Noyabrda ardıcıl 3 gün iş olmayacaq
Cümhuriyyətlə yaşıd sevgi hekayəsi – “Əli və Nino”
İlham Əliyev İmişlidə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib
Türkiyədə antitteror əməliyyatı: 18 terrorçu məhv edildi
Paşinyan ağalarının Qarabağ xəbərdarlığından hansı nəticələri çıxaracaq?
Kayseridə Xocalı abidəsi açıldı
Koalisiya qüvvələri Suriyada məscidə zərbə endirib, 16 nəfər ölüb
Buraxılış və qəbul imtahanlarının yeni modeli: dəyişən nədir?
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram! — Xəlil Rza Ulutürkün doğum günüdür
Ermənilər Laçının Mirik kəndində arxeoloji qazıntı işləri aparır — FOTO
Azərbaycan əsgəri şəhid oldu — VİDEO
HÜSEYN CAVİD İNSAN HAQQINDA - III YAZI
Azərbaycanın sabiq nazir aparıcılığa başladı — VİDEO
400 il bundan əvvəl batmış gəmi tapılıb- Portuqaliyada
Qaxda yola çıxan at qəzaya səbəb olub, bir qadın xəsarət alıb - FOTO
Prezidentliyə namizəd Salome Zurabişvili xalqa azərbaycanca müraciət etdi - VİDEO
ABŞ-da Araz Ağalarovun hesablarını bağladılar