Qarabag Media
Haqqımızda Əlaqə

“Bəs uşaqlarımıza “Şaumyan” adı qoymağa kim məcbur edirdi?”


Tarix:24-09-2018, 13:44 Kateqoriya:Manşet / Yazarlar

“Bəs uşaqlarımıza “Şaumyan” adı qoymağa kim məcbur edirdi?”Bu gün 60-70 yaşlı ağsaçlı kişilər var ki, hələ də Goranboya, Ağcakəndə “Şaumyan” deyirlər...

Sultan Laçın


Bu gün vaxtilə xan, bəylərimizin istirahət yurdu olmuş Xankəndinə Stepan Şaumyanın adının qoyulmasının 95 illiyini qeyd edir ermənilər... “Stepanakert”in salınmasının 95 illiyini...
***
Bunu 30 ilə yaxındır deyirik, yazırıq ki, 1905-1906, 1918-1920-ci illərdə başda Şaumyanlar, Andraniklər olmaqla qatı millətçi ermənilərin başımıza gətirdiyi o boyda müsibətlərdən sonra Bakının ortasında böyük bir rayonun adını, metronun adını, prosepektin adını Şaumyan qoyduq....Ona heykəl yapdıq... Bu da yetmədi... Bu qaniçənin adına kənd də saldıq, rayon da ...
***
Erməni kirvələrimizə o qədər girişdik ki, Qarabağın mərkəzində Şaumyanın adına şəhər salmağa da razılıq verdik- “Stepanakert”. Dağlıq Qarabağa ordan-burdan köçürülmüş ermənilərə muxtariyyət də verdik.... Gözümüz görə-görə özümüz içimizə bomba qoyduq... Hələ sonra da Şaumyanın 100 illiyini keçirdik...
1988-ci ildə o bomba partladı –nəticəsi göz qabağındadır...
***
Hələ şəhər, prospekt, küçə, kənd, rayon salmaqla doymadıq Şaumyanın adına... 1960-1970-ci illərədək doğulan övladlarına Şaumyan, Levon, Suren, Artur adları qoyanlar da oldu....
***
Yaxşı, sovet hökumətinin bünövrəsini qoyan inqilabçılardan olmuş Şaumyanın adına şəhər, kənd, küçə və s. salmağa, ona heykəl qoymağa rəhbərlik, partiya, mərkəzi komitə, Moskva məcbur edirdi... Bəs uşaqlarımızın adlarını Şaumyan qoymağa kim məcbur edirdi bizləri?...

“Bəs uşaqlarımıza “Şaumyan” adı qoymağa kim məcbur edirdi?”

***
Bəzən yazılarda xalqımızda min illər boyu baş vermiş işğallar, təcavüzlər, soyqırımlar nəticəsində manqurtlaşma getdiyini yazanda kiminsə xətrinə dəyir ki, xalqı təhqir edirsiz... Amma bu, olub və bu gün də var...
***
2010-cu il parlament seçkilərində məntəqələrdən birindəki siyahıda gözümə bir ad sataşdı: dəhşətə gəldim... Soyadını, atasının adını unutmuşam, amma 1921-ci il təvəllüdlü, yəni 89 yaşlı bu xanım seçicinin(!) adı dəqiq yadımdadır: “Nadan”... Görəsən, bunu da mərkəzi komitədən Lenin, Stalin məcbur edib ki, övladınızın adını belə qoyun?..
***
Doğrudan da, 1920-ci illərdən bu yana bizləri lap NADAN yerinə qoydular... Nadan yerinə qoymasaydılar, Şaumyana heykəl. uşağımızın da adını Şaumyan qoymazdıq...
***
Nadanlığa baxın ki, hansısa ailədə doğulan körpələr ardıcıl öləndə növbəti uşağın adını erməni adı qoyurmuşlar ki, salamat qalsın...
***
Yaman dərddir... Təxminən 2010-cu ildə Bakının sovet dövründə “Şaumyan” adlanmış Xətayi rayonundakı məktəblərdən birində 1990-cı illərdən bəri kitabxanada şagirdlərə verilən dərsliklərə üzərində “Şaumyan rayonu” yazılmış möhürlər vurulurmuş... Dəhşətdir: 20 il ərzində bir müəllim, bir valideyn, bir şagird bunu görüb nə olduğunu dərk etməyib?...
***
Bu günün özündə hələ 60-70 yaşlı ağsaçlı kişilər var ki, Goranboy rayonuna, Ağcakəndə “Şaumyan” deyir.... Onları da məcbir edən var?.. Deyirlər ki, məsələn, “o günləri getmişdim Şaumyana”... Qınayanda da cavab verirlər ki, əşşi, dilimiz öyrəşib də, nə edək... Diliniz öyrəşib, bəs hələ əvvəlkiləri demirik, Xocalıdan üzü bəri Şaumyanın xələflərinin törətdiyi qırğınları, faciələri gözünüz görmür, beyniniz qavramır?..

***
Ümumiyyətlə, bizdə bu xarici, yabançı sözlərə sevgi hardan gəlir? 27 ildir müstəqilik... Amma ali savadlı kişilərə, qadınlara “xaladilnik”, “marojna”, “uje” kimi sözləri tərgitdirə bilmirik... Öz doğma sözlərini dedirdə bilmirik onlara...
***
İndi də hələ ingilis, fransız sözlərindən ötrü ölürük: “oldu” əvəzinə “okey”, bağışla əvəzinə “pardon” və s...
***
Bu gün dilimizi dəyişirik, geyimimizi dəyişirik, sabah da ruhumuzu dəyişəcəyik tamam...
***
“Biz niyə beləyik?” “Mən niyə beləyəm?” Bu sualları bu gün hər kəs özünə verməli və düşünərək özünü dəyişməyə çalışmalıdır... Əks halda yadlar, düşmənlər bizi istədikləri kimi dəyişəcəklər...
***
Nə isə... Bu gün ermənilər 30 ilə yaxındır işğal etdikləri Qarabağın mərkəzində 1918-ci ildə dədə-babalarımızın qanını içmiş Şaumyanın adına şəhər salınmasının 95 illiyini qeyd edirlər...
***
Son vaxtlar bəzi taksi-naviqasiya xidmətlərində Bakıda sovet dövründə olduğu kimi, erməni dilində küçə, prospekt, məntəqə adları görünür... Yavaş-yavaş adlarımızı dəyişirlər... Biz də dinmirik, öyrəşirik...
/Moderator.az/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Başı qırxılan qadın...
İraqda İŞİD üzərində qələbənin ildönümü qeyd olunur
Kəlbəcərdən yeni görüntülər - VİDEO
Umayra Tağıyeva yeni vəzifəyə təyin olunub
İlham Əliyev Beynəlxalq Şahmat Federasiyası prezidentini qəbul etdi
Vətəndaşlara birdəfəlik ödəmələrlə bağlı narazılıqlara aydınlıq gətirildi
Alimlərimizin dünyaya çıxmaq imkanları var
Dövlət Komitəsinin əməkdaşı Gürcüstandakı Ahıska türkləri ilə görüşüb
"Arsenal" - "Qarabağ" oyununun hakimləri açıqlanıb
Mərhum General-mayor Fikrət Məmmədovun doğum günüdür
Özü ölsə, sözü ölməz ustadın
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd edilib
RONNI Electronics -yeni il qabağı müştərilərini hədiyyələrlə sevindirdi
Azərbaycanda xəbər aparıcılarının tələffüz zamanı etdikləri səhvlər açıqlanıb - SİYAHI
Şəlvə sovməəsi - Laçının əsir abidələri - FOTO
Nyu-York radiosunda Rəşid Behbudova həsr edilmiş veriliş yayımlandı
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: TAHİRƏ (ZƏRİNTAC) QÜRRƏTÜL-EYN - II YAZI
Paşinyanı Moskvada mühafizəçilərlə bir yerdə əyləşdirdilər
Qurban Qurbanov millidən getdi
Millət vəkili şagirdlərə dərs vəsaiti göndərdi
“Azərbaycan...Qazax...Səməd” - Mühacir Baycanın son sözləri
Azərbaycan və İran birgə peyk istehsalını planlaşdırır
Günah xəbərlərini həvəslə tirajlamayın!.. - Bunun özü də böyük günahdır...
Niderlandın “Wereldregio” qəzeti Niderland-Azərbaycan əlaqələri haqqında yazdı
Ərdoğan Poroşenkonun xahişini Putinə çatdırdı
Cavid Qurbanov: “Atillanın ayağı dəyən bütün türk torpaqlarına iddialıyıq”
Səksən səkkiz il əvvəl baş vermiş üsyan
Bu gün Azərbaycan Cümhuriyyətinin ilk baş nazirinin doğum günüdür
Sankt-Peterburqda İlham Əliyevin Nikol Paşinyanla söhbəti oldu
Koçaryanın həbsi barədə qərar verildi