Qarabag Media
Haqqımızda Əlaqə

Paşinyandan BMT tribunasında MÜHARİBƏ ELANI: Qarabağ Azərbaycanın tərkibində ola bilməz


Tarix:26-09-2018, 12:20 Kateqoriya:Manşet / Qarabağ

Paşinyandan BMT tribunasında MÜHARİBƏ ELANI: Qarabağ Azərbaycanın tərkibində ola bilməz

Hakimiyyətə gəldiyindən bəri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı populist və sərsəm bəyanatlarla gündəmdə olan Ermənistanın baş nazir Nikol Paşinyan BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışında da eyni üslubdan istifadə edib.

Karabakhmedia.az erməni mətbuatına istinadla xəbər verir ki, Paşinyan BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışı zamanı yenə də populizmə, aqressiyaya üstünlük verərək, bununla da sülh yolu ilə tənzimlənmənin tərəfdarı olmadığını bir daha nümayiş etirib.

Paşinyan bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz. O, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının Ermənistanın xarici siyasətinin prioritetlərindən olduğunu deyib. Əlavə edib ki, qondrma “DQR”in statusu və təhlükəsizliyi Ermənistanın danışıqlar prosesindəki müstəsna prioriteti olacaq.
Sülh danışıqlarına zərbə vuran bu açıqlamasının ardınca isə Paşinyan bildirib ki, münaqişəni hərbi yolla həll etmək üçün hər hansı bir cəhd regionun təhlükəsizliyi, demokratiya və insan hüquqları üçün birbaşa təhlükədir: “Ermənistan münaqişənin ATƏT-in Minsk qrupu formatında həlli prosesində konstruktiv şəkildə iştirak etməyə davam edəcək. Bu, münaqişənin həlli üçün yeganə beynəlxalq səviyyədə tanınmış mandatı olan formatdır”.

O, münqişənin müharibə deyil, sülh, qarşılıqlı kompromis yolu ilə həll edilməli olduğunu vurğulayıb. Paşinyan Azərbaycanın Qarabağdakı separatçı relimlə dialoqa başlamalı olduğuna dair sərsəm bəyanatını da təkrarlayıb.

Xatırladaq ki, Paşinyan bu gün Nyu-Yorkda keçiriləcək Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ərəfəsində sülh prosesini pozacaq belə bir açıqlama ilə çıxış edib. Rəsmi Yerevanın danışıqlar prosesini pozmağa yönəldilmiş başqa bir addımı isə Azərbaycanın işğal edilmiş ərazilərində hərbi təlimlərin keçirilməsidir.

Bununla bağlı Azərbaycan XİN də bəyanat yayıb. Bəyanatda deyilir ki, kütləvi informasiya vasitələrinin yaydığı məlumatına əsasən, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində sentyabrın 25-28-də hərbi aviasiyanın iştirakı ilə hərbi təlimlər keçiriləcək. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində növbəti təxribatçı addımı vəziyyətin daha da gərginləşməsinə və ağır fəsadlara yol aça bilər.

XİN-in açıqlamasında deyilir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə sentyabrın 26-da Nyu-Yorkda planlaşdırılan görüşü ərəfəsində Ermənistanın atdığı bu addım həmsədrlərin fəaliyyətinə və ümumiyyətlə, münaqişənin həlli üzrə danışıqlar prosesinə xələl gətirmək məqsədini güdür. Bir daha xatırladırıq ki, cəbhə bölgəsində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Başı qırxılan qadın...
İraqda İŞİD üzərində qələbənin ildönümü qeyd olunur
Kəlbəcərdən yeni görüntülər - VİDEO
Umayra Tağıyeva yeni vəzifəyə təyin olunub
İlham Əliyev Beynəlxalq Şahmat Federasiyası prezidentini qəbul etdi
Vətəndaşlara birdəfəlik ödəmələrlə bağlı narazılıqlara aydınlıq gətirildi
Alimlərimizin dünyaya çıxmaq imkanları var
Dövlət Komitəsinin əməkdaşı Gürcüstandakı Ahıska türkləri ilə görüşüb
"Arsenal" - "Qarabağ" oyununun hakimləri açıqlanıb
Mərhum General-mayor Fikrət Məmmədovun doğum günüdür
Özü ölsə, sözü ölməz ustadın
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd edilib
RONNI Electronics -yeni il qabağı müştərilərini hədiyyələrlə sevindirdi
Azərbaycanda xəbər aparıcılarının tələffüz zamanı etdikləri səhvlər açıqlanıb - SİYAHI
Şəlvə sovməəsi - Laçının əsir abidələri - FOTO
Nyu-York radiosunda Rəşid Behbudova həsr edilmiş veriliş yayımlandı
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: TAHİRƏ (ZƏRİNTAC) QÜRRƏTÜL-EYN - II YAZI
Paşinyanı Moskvada mühafizəçilərlə bir yerdə əyləşdirdilər
Qurban Qurbanov millidən getdi
Millət vəkili şagirdlərə dərs vəsaiti göndərdi
“Azərbaycan...Qazax...Səməd” - Mühacir Baycanın son sözləri
Azərbaycan və İran birgə peyk istehsalını planlaşdırır
Günah xəbərlərini həvəslə tirajlamayın!.. - Bunun özü də böyük günahdır...
Niderlandın “Wereldregio” qəzeti Niderland-Azərbaycan əlaqələri haqqında yazdı
Ərdoğan Poroşenkonun xahişini Putinə çatdırdı
Cavid Qurbanov: “Atillanın ayağı dəyən bütün türk torpaqlarına iddialıyıq”
Səksən səkkiz il əvvəl baş vermiş üsyan
Bu gün Azərbaycan Cümhuriyyətinin ilk baş nazirinin doğum günüdür
Sankt-Peterburqda İlham Əliyevin Nikol Paşinyanla söhbəti oldu
Koçaryanın həbsi barədə qərar verildi