Qarabag Media
Haqqımızda Əlaqə

Xalqın sənətkara pul, ev, maşın borcu yoxdur


Tarix:6-10-2018, 13:35 Kateqoriya:Manşet / Yazarlar

Xalqın sənətkara pul, ev, maşın borcu yoxdurSon illər sürətlə yayılan xəstəliklər sənət adamlarını da caynağına alıb. Maddi sıxıntılar içində olan sənət adamları öz can dərdlərinə çarə qılmağa pul tapa bilməyincə, üz tuturlar xalqa. Görən də elə bilər ki, bunlar hansısa fövqəladə zəngin xalqın yoxsul sənətkarlarıdır.

Əvvəla, bir xalqın sənətkarı öz can ağrısını sağaltmağa pul tapmırsa, deməli o xalq da həmin vəziyyətdədir. Axı sənətkar öz mühitinin güzgüsüdür. Bəs xəstələnən kimi efirdən xalqa səslənən, mərhəmət uman, kömək istəyən bu sənət adamları hansı üzlə belə hay-həşir salırlar?

Soruşan lazımdır ki, sən, bir sənətkar kimi, öz xalqının dərdini nə vaxt dilə gətirmisən? Heç vaxt! Ümumiyyətlə, sən əsl sənətlə yox, öz maddi mənfəətlərinə uyğunlaşdırılmış sənətlə məşğul olmusan. Bəs indi nə haqla bu xalqdan kömək istəyirsən?

Nəhayət, xalq sənə niyə kömək etməlidir? Sənətə, xalqa və bütün bəşərə xidmət etmək sənin sənətkar borcundur. Nə haqqın var "mən illərimi bu sənətə və xalqa xidmət etməklə keçirmişəm" deyib, həm sənətə, həm də xalqa minnət qoymağa? Sən bir istedadla doğulmusansa, bu istedadın sənin üzərində bir məsuliyyəti var. Bu məsuliyyət də mümkün olduğu qədər çox insana mənəvi və zehni inkişaf bəxş etməkdən ibarətdir.

Xalqın öhdəsinə düşən isə səni alqışlamaq, sənə hörmət və rəğbət bəsləmək, sənin yoxluğunda da səni ehtiramla anmaqdır. Axı sənə ev almaq, maşın almaq, səni lüks malikanələrdə saxlamaq bu xalqın borcu deyil. Bunları sənə sənin məşğul olduğun sənət qazandırmalıdır.

Əgər fərqində olduğun qədər böyük bir sənətlə məşğulsansa və bu böyüklük sənə zərrə qədər də maddi rahatlıq verməyibsə, bunun səbəblərini özün düşün. Əgər bunu bacarmırsansa, o zaman sus!

Söhbət, təkcə son zamanlar bu mövzu ilə gündəmdə olan aktrisa Tünzalə Əliyevadan getmir. Ayağı bir yerdə büdrəyən kimi efirə çıxıb xalqdan kömək istəyən bütün sənət və elm adamlarından danışıram.

İllər əvvəl Xanım Qafarova uzun müddət xərçəngdən əziyyət çəkdi. Hətta, hər iki gözü tamamilə sıradan çıxmışdı və əməliyyat olunmuşdu. Şahidəm ki, Xanım Qafarova həftənin beş günü teatra gəlib məşq edəndə, tamaşa oynayanda, hər dəfə səhnəyə çıxmazdan əvvəl salfetlə gözündən axan qanı silərdi və məşqə çıxar, rolunu ifa edərdi. Həm xərçəngin, həm də gözünün müalicəsi vardı. Xanım Qafarovanın isə bununçün pulu yox idi. Buna rəğmən, bircə dəfə də efirə çıxıb xalqdan nəsə dilənmədi.

Fuad Poladov kimi kino və teatr nəhəngi xərçəng xəstəliyindən həyatını itirdi. Ümumiyyətlə, bu xalq onun xərçəng xəstəsi olduğunu aktyorun ömrünün son aylarında öyrəndi. Çünki o, bunu dilinə də gətirməmişdi. Hərçənd, onun da müalicəsi vardı və bu müalicə üçün pulu yox idi. Heç kimdən də heç nə ummurdu.

Xanım Qafarova da, Fuad Poladov da yaşamaq istəyirdilər. Mən əminəm ki, onların ikisinin də çoxlu arzuları var idi və həyat onlar üçün də kifayət qədər şirin idi. Amma onlar böyük bir həqiqətin fərqində idilər: əgər sənətkara dəyər verə bilən bir mühit yoxdursa, deməli, o sənətkarlar bu mühiti yarada bilməyiblər.

Onların belə acınacaqlı tale yaşamalarında və amansız ölümlərində həm də özləri günahkar idilər. Çünki onların mühitində sənət və sənətkarlar bütün boyunduruqlara sorğu-sualsız tabe idi. Haqqın, həqiqətin carçısı olan sənət insanı öz haqqını tələb etməyi bacarmırdısa, günlük məişət adamlarından ibarət xalqdan nə istəyə bilərdi ki?

İndi Tünzalə Əliyeva və digərləri də zəhmət çəkib, susmalıdır. Mən can ağrısının nə olduğunu çox yaxşı bilirəm. Mən sənətin və sənətkarın nə demək olduğunu da kifayət qədər anlayıram. Amma və lakin, sənətkarların öz seçdikləri məcburiyyət və məhkumiyyətlərdən onları xalq xilas etməli deyil. Bundan xilas olmağa sənətkarın öz qüdrəti olmalıdır.

Şəfa diləyirəm…!

Orxan BAHADIRSOY


Mənbə: Sputnik Azərbaycan










SON XƏBƏRLƏR
Başı qırxılan qadın...
İraqda İŞİD üzərində qələbənin ildönümü qeyd olunur
Kəlbəcərdən yeni görüntülər - VİDEO
Umayra Tağıyeva yeni vəzifəyə təyin olunub
İlham Əliyev Beynəlxalq Şahmat Federasiyası prezidentini qəbul etdi
Vətəndaşlara birdəfəlik ödəmələrlə bağlı narazılıqlara aydınlıq gətirildi
Alimlərimizin dünyaya çıxmaq imkanları var
Dövlət Komitəsinin əməkdaşı Gürcüstandakı Ahıska türkləri ilə görüşüb
"Arsenal" - "Qarabağ" oyununun hakimləri açıqlanıb
Mərhum General-mayor Fikrət Məmmədovun doğum günüdür
Özü ölsə, sözü ölməz ustadın
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd edilib
RONNI Electronics -yeni il qabağı müştərilərini hədiyyələrlə sevindirdi
Azərbaycanda xəbər aparıcılarının tələffüz zamanı etdikləri səhvlər açıqlanıb - SİYAHI
Şəlvə sovməəsi - Laçının əsir abidələri - FOTO
Nyu-York radiosunda Rəşid Behbudova həsr edilmiş veriliş yayımlandı
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: TAHİRƏ (ZƏRİNTAC) QÜRRƏTÜL-EYN - II YAZI
Paşinyanı Moskvada mühafizəçilərlə bir yerdə əyləşdirdilər
Qurban Qurbanov millidən getdi
Millət vəkili şagirdlərə dərs vəsaiti göndərdi
“Azərbaycan...Qazax...Səməd” - Mühacir Baycanın son sözləri
Azərbaycan və İran birgə peyk istehsalını planlaşdırır
Günah xəbərlərini həvəslə tirajlamayın!.. - Bunun özü də böyük günahdır...
Niderlandın “Wereldregio” qəzeti Niderland-Azərbaycan əlaqələri haqqında yazdı
Ərdoğan Poroşenkonun xahişini Putinə çatdırdı
Cavid Qurbanov: “Atillanın ayağı dəyən bütün türk torpaqlarına iddialıyıq”
Səksən səkkiz il əvvəl baş vermiş üsyan
Bu gün Azərbaycan Cümhuriyyətinin ilk baş nazirinin doğum günüdür
Sankt-Peterburqda İlham Əliyevin Nikol Paşinyanla söhbəti oldu
Koçaryanın həbsi barədə qərar verildi