Qarabag Media
Haqqımızda Əlaqə

TürkPA ölkələrinin parlament sədrləri Antalyada topladı


Tarix:9-10-2018, 14:43 Kateqoriya:Manşet / Türk dünyası

TürkPA ölkələrinin parlament sədrləri Antalyada topladı

Oktyabrın 8-də Türkiyənin Antalya şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv ölkələrin parlament sədrlərinin növbəti görüşü keçirilib.

Karabakhmedia.az Azərtac-a istinadla xəbər verir ki, görüşdə Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Avrasiya ölkələri parlament sədrlərinin 3-cü toplantısı çərçivəsində keçirilən görüşdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım TürkPA-nın hədəflərindən danışıb. Türkiyə parlamentinin sədri qeyd edib ki, əsas məqsədlərdən biri babalarımızdan miras qalan qardaşlıq dəyərlərini yaşatmaq və gələcək nəsillərə çatdırmaqdır.

TürkPA-nın baş katibi Altınbek Mamayusupovu bu vəzifəyə seçilməsi münasibətilə təbrik edən Binəli Yıldırım əminliklə bildirib ki, yeni baş katib təşkilatın fəaliyyətinin daha səmərəli qurulması üçün böyük səylər göstərəcək. TBMM-in sədri noyabrın 21-22-də Türkiyənin İzmir şəhərində keçirilməsi planlaşdırılan Türkdilli Ölkələrin Parlament Assambleyasının iclasında faydalı müzakirələrin aparılacağına, əhəmiyyətli qərarların qəbul olunacağına inamını ifadə edib. Binəli Yıldırım təşkilat üzvlərinin yaxın gələcəkdə Özbəkistan və Türkmənistanı da TürkPA sıralarında görmək istədiklərini söyləyib.

TürkPA-nın mərkəzi qərargahının Bakı şəhərində yerləşdiyini xatırladan Milli Məclisin sədri Oqtay Əsədov təşkilatın səmərəli fəaliyyəti üçün bütün şəraitin yaradıldığını bildirib. Azərbaycan parlamentinin sədri qeyd edib ki, bu il TürkPA-nın yaranmasının 10-cu ildönümü tamam olur. Ötən dövrdə TürkPA bir sıra beynəlxalq təşkilatların məşvərətçi üzvü olub və beynəlxalq aləmdə mövqelərini gücləndirib. Böyük perspektivə malik olan Türkdilli Ölkələrin Parlament Assambleyası bu müddətdə bir sıra mühüm layihələr həyata keçirib.

Sonra digər ölkələrin parlament rəhbərləri də TürkPA-nın fəaliyyəti ilə bağlı fikir və mülahizələrini bölüşüblər. Təşkilatın reallaşdırdığı layihələr yüksək dəyərləndirilib və əminlik ifadə olunub ki, TürkPA bundan sonra da fəaliyyətini dinamik məcrada davam etdirəcək.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Başı qırxılan qadın...
İraqda İŞİD üzərində qələbənin ildönümü qeyd olunur
Kəlbəcərdən yeni görüntülər - VİDEO
Umayra Tağıyeva yeni vəzifəyə təyin olunub
İlham Əliyev Beynəlxalq Şahmat Federasiyası prezidentini qəbul etdi
Vətəndaşlara birdəfəlik ödəmələrlə bağlı narazılıqlara aydınlıq gətirildi
Alimlərimizin dünyaya çıxmaq imkanları var
Dövlət Komitəsinin əməkdaşı Gürcüstandakı Ahıska türkləri ilə görüşüb
"Arsenal" - "Qarabağ" oyununun hakimləri açıqlanıb
Mərhum General-mayor Fikrət Məmmədovun doğum günüdür
Özü ölsə, sözü ölməz ustadın
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd edilib
RONNI Electronics -yeni il qabağı müştərilərini hədiyyələrlə sevindirdi
Azərbaycanda xəbər aparıcılarının tələffüz zamanı etdikləri səhvlər açıqlanıb - SİYAHI
Şəlvə sovməəsi - Laçının əsir abidələri - FOTO
Nyu-York radiosunda Rəşid Behbudova həsr edilmiş veriliş yayımlandı
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: TAHİRƏ (ZƏRİNTAC) QÜRRƏTÜL-EYN - II YAZI
Paşinyanı Moskvada mühafizəçilərlə bir yerdə əyləşdirdilər
Qurban Qurbanov millidən getdi
Millət vəkili şagirdlərə dərs vəsaiti göndərdi
“Azərbaycan...Qazax...Səməd” - Mühacir Baycanın son sözləri
Azərbaycan və İran birgə peyk istehsalını planlaşdırır
Günah xəbərlərini həvəslə tirajlamayın!.. - Bunun özü də böyük günahdır...
Niderlandın “Wereldregio” qəzeti Niderland-Azərbaycan əlaqələri haqqında yazdı
Ərdoğan Poroşenkonun xahişini Putinə çatdırdı
Cavid Qurbanov: “Atillanın ayağı dəyən bütün türk torpaqlarına iddialıyıq”
Səksən səkkiz il əvvəl baş vermiş üsyan
Bu gün Azərbaycan Cümhuriyyətinin ilk baş nazirinin doğum günüdür
Sankt-Peterburqda İlham Əliyevin Nikol Paşinyanla söhbəti oldu
Koçaryanın həbsi barədə qərar verildi