Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycanın Milli Qəhrəmanı Yunis Əliyevin doğum günüdür


Tarix:9-10-2018, 14:57 Kateqoriya:Manşet / Qəhrəmanlar

Azərbaycanın Milli Qəhrəmanı Yunis Əliyevin doğum günüdürƏliyev Yunis Əsgər oğlu 9 oktyabr 1958-ci ildə Goranboy rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 1973-cü ildə burada orta məktəbin səkkizinci sinfini bitirib, təhsilini Dəliməmmədli şəhərindəki 102 saylı texniki-peşə məktəbində davam etdirmişdir. Mexanizator peşəsinə yiyələnən Yunis 1976-cı ildə hərbi xidmətə çağırılır. Tacikistanda əsgəri borcunu yerinə yetirdikdən sonra bir neçə il Rusiyada yaşayır. Sonra Vətənə qayıdaraq əmək fəaliyyətini rayon mərkəzindəki kərpic zavodunda davam etdirir. Yunis Əliyev erməni fitnəkarlarının törətdikləri vəhşiliklərə dözməyərək, 1992-ci ildə Vətənin müdafiəsinə qalxanların ön cərgəsinə qoşulur. O, Goranboy rayonunda yaradılmış ikinci batalyonun tərkibinə yazılır. İlk sınaq döyüşü Ağdərə bölgəsində olur. Bu döyüş Aşağı Ağcakəndin geri alınmasından üç gün sonra baş verir. Yunis ayağından yaralanır. Getdikcə şiddətlənən döyüş əsgərlərimizi geri çəkilməyə məcbur edir. O, bir müddət Bakıda müalicə olunduqdan sonra yenidən cəbhəyə yollanır.

4 may 1992-ci il... Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndini mühafizə edən bölük Talış kəndində yerləşən ermənilərin mövqelərini susdurmaq üçün “Yaltaxıl” adlı əməliyyat planı hazırlamışdı. Əməliyyat uğurla başa çatdırıldı. Bölük Talış kəndində möhkəmləndirilmiş düşmən mövqelərini ələ keçirdi. Bu əməliyyat erməni silahlı dəstələri üçün gözlənilməz olduğundan, onlar döyüşçülərimizin hücumu qarşısında duruş gətirə bilməyib, öz mövqelərini tərk etməyə məcbur olmuşdular.

Ertəsi gün mayın 5-də ermənilərin qəfil hücumu nəticəsində döyüşçülərimiz əvvəlki mövqelərinə çəkilməli oldular. Həmin gün Yunis Əliyev erməni gülləsinə tuş gəldi. Yunisin və onun bir neçə döyüşçü dostunun cəsədi 43 gündən sonra, Talış kəndi azad edildiyi zaman tapıldı.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Əliyev Yunis Əsgər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Yunis Əliyev 16 iyun 1992-ci ildə doğma kəndində - Qızılhacılıda dəfn edilmişdir. Qızılhacılı kənd 3 saylı uşaq bağçası onun adını daşıyır. Goranboy rayonunda büstü qoyulmuşdur.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Avstraliya Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanıdı
"Nərmin Şahmarzadəni cinayət məsuliyyətinə cəlb etmək lazımdır"- Millət vəkili
Ramiz Rövşənin doğum günüdür - "Bağışla, bağışla, məni bağışla"
Faiq Ələkbərlinin "Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi" adlı kitabı işıq üzü görüb
Ankaradan Bağdada cavab: "Terrorizm əleyhinə bu cür əməliyyatlar davam etdiriləcək"
Türkmənistanda ilk Xəzər iqtisadi forumu keçiriləcək
Tolstoy olan yerdə Dostoyevski kim idi…
Deputat sərxoş halda dava salması ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi
Mahir Abbaszadə: "Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur"
Əməyin simfoniyası — Qəzənfər Hüseynovun Laçın xatirələri
“Açıq şəkildə dedim: Serj, beş rayonu geri qaytar…” - Lukaşenko ilk dəfə açıqladı
Türk ordusu Suriyada nəhəng hərbi əməliyyata başladı – VİDEO
Bu il Azərbaycanda qış sərt keçməyəcək - RƏSMİ
FHN-in iki vəzifəli şəxsinə general rütbəsi verildi
İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi
ARİFİN VƏTƏN, TORPAQ ADLI AĞRISI
Rövşən Rzayev Şüvəlandakı köçkünlərlə görüşdü - FOTOLAR
Vətənini və dövlətini canından çox sevən mərhum millət vəkili – Zakir Sərdarov
30 il əvvəl Laçında da belə idi...
"Uzaqlar yaxın olsa…” — Ayaz Arabaçı yeni kitabını təqdim etdi - FOTOLAR
Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
NATO nümayəndə heyəti ölkəmizdə səfərdədir
Abşeron rayonunda Şəhid ailələrinə, 20 Yanvar və Qarabağ əlillərinə mənzillər verildi
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
Sergey Lavrov Bakıya gəlir
ATƏT sərhəddə monitorinq keçirib
Azərbaycanlı iş adamı: "100 şəhid anasının hər birinə 11 min manat ödəməyə hazıram"
Gürcüstanda ən populyar üç soyaddan ikisi azərbaycanlılara məxsusdur
Dillərdə dastan “Çalıquşu”nun məğrur və yoxsul müəllifi – Rəşad Nuri Güntəkin
Qüdrətdən səngərli, qalalı dağlarda Vətən keşikçiləri ilə keçirilən 2 qürurlu gün...