Qarabag Media
Haqqımızda Əlaqə

““Dövlətqaçqınkom”un yeni rəhbərliyi şəffaflığı təmin edib” - Məcburi köçkün rayonunun DEPUTATI


Tarix:10-10-2018, 17:29 Kateqoriya:Manşet / Cəmiyyət

““Dövlətqaçqınkom”un yeni rəhbərliyi şəffaflığı təmin edib” - Məcburi köçkün rayonunun DEPUTATI

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun çıxışı zamanı qaçqınların və məcburi köçkünlərin problemlərinə diqqət çəkərək, bəzi tənqidi fikirlər səsələndirib.

“Biz bu sahədə də çox ciddi islahatlar aparmalıyıq, uçot aparılmalıdır, şəffaflıq təmin edilməlidir. Çünki əfsuslar olsun ki, bu gün belə deyil. Bəzi hallarda köçkün olmayan vətəndaş gedib yalandan öz adını yazdırır, sonra dövlətdən mənzil alır. Belə hallar var və köçkünlər xoşagəlməz hallarla üzləşirlər. Növbə ilə bağlı məsələlər var. Yəni, ədalətsizliklər aradan qaldırılmalıdır və pozuntulara yol açan boşluqlar da bağlanmalıdır. Növbədə dayanan, ən ağır vəziyyətdə yaşayan vətəndaş, ilk növbədə, mənzil almalıdır, belə göstəriş verilib. Mənzil ancaq köçkünə verilməlidir. Bəzi hallarda məlumat gəlir ki, köçkünlər üçün tikilmiş evlərdə başqa vətəndaşlar yaşayır. Bəzi hallarda biləndə ki, misal üçün, ev söküləcək, yeni evə köçürüləcəklər, yerli icra orqanları, digər qurumlar gedib oraya pul müqabilində köçkün olmayan adamların adlarını yazdırırlar. Bu, ən böyük vicdansızlıqdır. Köçkünlərin vəziyyətindən istifadə edib əsassız imtiyaz, gəlir əldə etmək ən böyük günahdır, vicdansızlıqdır. Bunu edənlərin vicdanı, imanı yoxdur. Ona görə, bunlara qarşı çox ciddi mübarizə aparılır və aparılacaq, onlar eşitsinlər. Burada çox ciddi şəffaflıq və uçot təmin edilməlidir və ediləcək",-deyə ölkə başçısı vurğulayıb.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Mahir Abbaszadə Modern.az-a bildirib ki, qaçqınların və məcburi köçkünlərin problemləri hər zaman diqqət mərkəzindədir:

“Ölkə başçısı həm Nazirlər Kabinetinin müşavirələrində, həm də beynəlxalq tədbirlərdə həmişə Azərbaycandakı məcburi köçkünlərin həyat və şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun artırılması ilə bağlı problemlərə toxunur. Ötən müddət ərzində bu sahədə dövlət tərəfindən kifayət qədər işlər görülüb. Bildiyimə görə, təxminən 100-ə yaxın qəsəbə salınıb. Bu qəsəbələrdə 280 min məcburi köçkün, təxminən 45 min məcburi köçkün ailəsi yeni evlərlə təmin olunub”.

Deputatın sözlərinə görə, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin yeni sədri təyinatdan sonra bu qurumda şəfaflığı təmin edib:

“Ölkə başçısı öz çıxışında bildirdiyi kimi, cəmiyyətimizdə də məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlərin sonrakı mərhələdə başqaları tərəfindən mənimsənilməsi, onların həqiqi sakinlərə verilməməsi kimi neqativ hallar vardı. Bu, həm məcburi köçkün həyatına məhkum olunmuş insanlar arasında, həm də bütövlükdə cəmiyyətimizdə narazılıq doğururdu.

Bildiyiniz kimi, bu ilin aprel ayında Prezidentin sərəncamı ilə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə yeni rəhbər təyin edilib. “Dövlətqaçqınkom”un yeni sədri Rövşən Rzayevin qarşısına qoyulan ən mühüm məsələlərdən biri məcburi köçkünlər və qaçqınlar üçün tikilmiş evlərin paylanmasında şəffaflığın, ünvanlılığın təmin edilməsidir. Bu qəsəbələrdən ancaq məcburi köçkün həyatına məhkum olunmuş insanların həyat şəraitinin yaxşılaşdırılması üçün istifadə edilməlidir. Bu barədə cənab Prezident də öz çıxışında qeyd etdi və Komitənin yeni rəhbəri Rövşən Rzayevə öz tapşırığını verib. Məndə olan məlumata görə, bu ilin aprel ayından indiyədək mühüm addımlar atılıb. Sırf bu addımlar nəticəsində o mənzillərdə yaşayanların bəzilərinin məcburi köçkün olmamasına dair faktlar aşkarlanıb. Bu istiqamətdə komitənin yeni rəhbərliyi tərəfindən müvafiq addımlar atılır. Bu da yeni rəhbərliyin qısa müddətlik səmərəli fəaliyyəti nəticəsində baş verib. Yəni Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin yeni sədri təyinatdan sonra bu qurumda şəfaflığı təmin edib”.

Gülşən RAUFQIZI










SON XƏBƏRLƏR
Başı qırxılan qadın...
İraqda İŞİD üzərində qələbənin ildönümü qeyd olunur
Kəlbəcərdən yeni görüntülər - VİDEO
Umayra Tağıyeva yeni vəzifəyə təyin olunub
İlham Əliyev Beynəlxalq Şahmat Federasiyası prezidentini qəbul etdi
Vətəndaşlara birdəfəlik ödəmələrlə bağlı narazılıqlara aydınlıq gətirildi
Alimlərimizin dünyaya çıxmaq imkanları var
Dövlət Komitəsinin əməkdaşı Gürcüstandakı Ahıska türkləri ilə görüşüb
"Arsenal" - "Qarabağ" oyununun hakimləri açıqlanıb
Mərhum General-mayor Fikrət Məmmədovun doğum günüdür
Özü ölsə, sözü ölməz ustadın
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd edilib
RONNI Electronics -yeni il qabağı müştərilərini hədiyyələrlə sevindirdi
Azərbaycanda xəbər aparıcılarının tələffüz zamanı etdikləri səhvlər açıqlanıb - SİYAHI
Şəlvə sovməəsi - Laçının əsir abidələri - FOTO
Nyu-York radiosunda Rəşid Behbudova həsr edilmiş veriliş yayımlandı
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: TAHİRƏ (ZƏRİNTAC) QÜRRƏTÜL-EYN - II YAZI
Paşinyanı Moskvada mühafizəçilərlə bir yerdə əyləşdirdilər
Qurban Qurbanov millidən getdi
Millət vəkili şagirdlərə dərs vəsaiti göndərdi
“Azərbaycan...Qazax...Səməd” - Mühacir Baycanın son sözləri
Azərbaycan və İran birgə peyk istehsalını planlaşdırır
Günah xəbərlərini həvəslə tirajlamayın!.. - Bunun özü də böyük günahdır...
Niderlandın “Wereldregio” qəzeti Niderland-Azərbaycan əlaqələri haqqında yazdı
Ərdoğan Poroşenkonun xahişini Putinə çatdırdı
Cavid Qurbanov: “Atillanın ayağı dəyən bütün türk torpaqlarına iddialıyıq”
Səksən səkkiz il əvvəl baş vermiş üsyan
Bu gün Azərbaycan Cümhuriyyətinin ilk baş nazirinin doğum günüdür
Sankt-Peterburqda İlham Əliyevin Nikol Paşinyanla söhbəti oldu
Koçaryanın həbsi barədə qərar verildi