Qarabag Media
Haqqımızda Əlaqə

İmtahanlarda ingilis dilindən dinləmə bacarığı mütləq yoxlanılacaq - RƏSMİ


Tarix:10-10-2018, 17:59 Kateqoriya:Manşet / Təhsil

İmtahanlarda ingilis dilindən dinləmə bacarığı mütləq yoxlanılacaq - RƏSMİ

“Şagirdlər kurikulum əsasında təhsil alıblar. İmtahanlar da bu sistemin tələblərinə cavab verməlidir. Tələblərdən biri də budur ki, xarici il üzrə dinləmə bacarıqları yoxlanılsın”. Bu sözləri İctima Tv-ə açıqlaması zamanı Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzədə deyib. Onun sözlərinə görə, ənənəvi imtahan sistemi ilə yeni tətbiq olunacaq buraxılış imtahanı arasındakı əsas fərq fənlərin siyahısına ingilis dilinin əlavə olunmasıyla bağlıdır:

“Bu fəndən şagirdə 15 sual təqdim olunacaq. 6 sual dinləmə mətni əsasında tərtib olunacaq. Şagird müəyyən mətni dinlədikdən sonra tapşırıqları cavablandıracaq. Şagirdlər kurikulum əsasında təhsil alıblar. İmtahanlar da bu sistemin tələblərlərinə cavab verməlidir. Tələblərdən biri də budur ki, xarici il üzrə dinləmə bacarıqları yoxlanılsın.

İmtahanlarda açıq tipli tapşırıqlardan istifafə olunacaq. Açıq tipli tapşırıqda şagird suala özü cavab verəcək”.

Xanlar Xanlarzədə qruplar üzrə əsas fənləri də sadalayıb:

“I ixtisas qrupunda əsas fənlər Fizika və Riyaziyyatdır. Hər iki fənn üzrə maksimal bal 300-dür. II ixtisas qrupunda Riyaziyyat və Coğrafiya, III ixtisas qrupunda Azərbaycan dili və Tarix, IV ixtisas qrupunda isə Kimya və Biologiya əsas fənlər hesab olunur. V ixtisas qrupuna hazırlaşan abituriyentlərin qəbul imtahanı verməsinə ehtiyac yoxdur. Onlar buraxılış imtahanının nəticələri əsasında qabiliyyət imtahanında iştirak etməklə ali məktəbə qəbul oluna bilərlər”

Xatırladaq ki, 2019-cu ildən qəbul imtahanları kurikulum sistemi əsasında təşkil olunacaq. Yeni modelə uyğun sınaq imtahanı keçirilsə də, imtahanın nəticələrini o qədər də qənaətbəxş hesab etmək olmaz. Bu sistem özündən öncəki qəbul modelindən tamamilə fərqləndiyindən mütəxəsislər tərəfindən abituriyentlərin gələn ilki qəbul imtahanlarında aşağı nəticə göstərəcəkləri proqnozlaşdırılıb.

2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul modelinə uyğun olaraq hər blokda 3 imtahan fənnin olması nəzərdə tutulub.

I blok – Riyaziyyat, Fizika, Kimya

II blok-Riyaziyyat, Coğrafiya, Tarix

III blok – Azərbaycan(rus) dili, Tarix, Ədəbiyyat

IV blok – Biologiya, Kimya, Fizika


Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22 si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Başı qırxılan qadın...
İraqda İŞİD üzərində qələbənin ildönümü qeyd olunur
Kəlbəcərdən yeni görüntülər - VİDEO
Umayra Tağıyeva yeni vəzifəyə təyin olunub
İlham Əliyev Beynəlxalq Şahmat Federasiyası prezidentini qəbul etdi
Vətəndaşlara birdəfəlik ödəmələrlə bağlı narazılıqlara aydınlıq gətirildi
Alimlərimizin dünyaya çıxmaq imkanları var
Dövlət Komitəsinin əməkdaşı Gürcüstandakı Ahıska türkləri ilə görüşüb
"Arsenal" - "Qarabağ" oyununun hakimləri açıqlanıb
Mərhum General-mayor Fikrət Məmmədovun doğum günüdür
Özü ölsə, sözü ölməz ustadın
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd edilib
RONNI Electronics -yeni il qabağı müştərilərini hədiyyələrlə sevindirdi
Azərbaycanda xəbər aparıcılarının tələffüz zamanı etdikləri səhvlər açıqlanıb - SİYAHI
Şəlvə sovməəsi - Laçının əsir abidələri - FOTO
Nyu-York radiosunda Rəşid Behbudova həsr edilmiş veriliş yayımlandı
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: TAHİRƏ (ZƏRİNTAC) QÜRRƏTÜL-EYN - II YAZI
Paşinyanı Moskvada mühafizəçilərlə bir yerdə əyləşdirdilər
Qurban Qurbanov millidən getdi
Millət vəkili şagirdlərə dərs vəsaiti göndərdi
“Azərbaycan...Qazax...Səməd” - Mühacir Baycanın son sözləri
Azərbaycan və İran birgə peyk istehsalını planlaşdırır
Günah xəbərlərini həvəslə tirajlamayın!.. - Bunun özü də böyük günahdır...
Niderlandın “Wereldregio” qəzeti Niderland-Azərbaycan əlaqələri haqqında yazdı
Ərdoğan Poroşenkonun xahişini Putinə çatdırdı
Cavid Qurbanov: “Atillanın ayağı dəyən bütün türk torpaqlarına iddialıyıq”
Səksən səkkiz il əvvəl baş vermiş üsyan
Bu gün Azərbaycan Cümhuriyyətinin ilk baş nazirinin doğum günüdür
Sankt-Peterburqda İlham Əliyevin Nikol Paşinyanla söhbəti oldu
Koçaryanın həbsi barədə qərar verildi