Qarabag Media
Haqqımızda Əlaqə

Ərşad Hüseynov sosial şəbəkələrdə yayılmış qəribə fotoya aydınlıq gətirib


Tarix:10-10-2018, 18:31 Kateqoriya:Manşet / Cəmiyyət

Ərşad Hüseynov sosial şəbəkələrdə yayılmış qəribə fotoya aydınlıq gətirib

Hüquqşünas Ərşad Hüseynov foto ilə bağlı öz "facebook" səhifəsində şərh verib.

Dünən sosial şəbəkələrdə "sarı tor"un yeni çəkilmiş olduğu Bakıxanov küçəsində fotosu paylaşılmışdı. Şəkildə torun üzərinin avtomobillə dolu olduğu və bu avtomobil sürücülərinin qayda pozduğu qeyd olunmuşdu. Sputnik Azərbaycan xəbər verir ki, hüquqşünas Ərşad Hüseynov foto ilə bağlı öz "Facebook" səhifəsində şərh verib.

O, qeyd edib ki, bu fotoda qayda pozuntusu (Yol Hərəkəti haqqında Qanunun 75-ci maddəsinin 2-ci hissəsinin tələbinin pozulması) yoxdur.

"Diqqət edin, fotoda bəzi avtomobillər sarı tor üzərində dayanmış olsalar da, onların getdiyi istiqaməti kəsən nəqliyyat axını üçün qırmızı işığın yandığı aydınca görünür. Belə vəziyyət qayda pozuntusu deyil. Qayda o vaxt pozulmuş olardı ki, fotoda solda yolayrıcının əks tərəfində görünən svetoforun yaşıl işığı yanmış olsun. Məlumat üçün deyim ki, dünən 17.40 radələrində təxminən 10 dəqiqə ərzində həmin yolayrıcını müşahidə etdim. Heç kəsin YHQ-nin 75-ci maddəsinin 2-ci hissəsinin tələbini pozduğunu görmədim. Düzdür, həmin vaxt Bakıxanov küçəsində tam tıxanma yox idi. Çox asta sürətlə hərəkət davam edirdi. Sürücüləri bu sarı torla çox qorxutmaq da lazım deyil".

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Avstraliya Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanıdı
"Nərmin Şahmarzadəni cinayət məsuliyyətinə cəlb etmək lazımdır"- Millət vəkili
Ramiz Rövşənin doğum günüdür - "Bağışla, bağışla, məni bağışla"
Faiq Ələkbərlinin "Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi" adlı kitabı işıq üzü görüb
Ankaradan Bağdada cavab: "Terrorizm əleyhinə bu cür əməliyyatlar davam etdiriləcək"
Türkmənistanda ilk Xəzər iqtisadi forumu keçiriləcək
Tolstoy olan yerdə Dostoyevski kim idi…
Deputat sərxoş halda dava salması ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi
Mahir Abbaszadə: "Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur"
Əməyin simfoniyası — Qəzənfər Hüseynovun Laçın xatirələri
“Açıq şəkildə dedim: Serj, beş rayonu geri qaytar…” - Lukaşenko ilk dəfə açıqladı
Türk ordusu Suriyada nəhəng hərbi əməliyyata başladı – VİDEO
Bu il Azərbaycanda qış sərt keçməyəcək - RƏSMİ
FHN-in iki vəzifəli şəxsinə general rütbəsi verildi
İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi
ARİFİN VƏTƏN, TORPAQ ADLI AĞRISI
Rövşən Rzayev Şüvəlandakı köçkünlərlə görüşdü - FOTOLAR
Vətənini və dövlətini canından çox sevən mərhum millət vəkili – Zakir Sərdarov
30 il əvvəl Laçında da belə idi...
"Uzaqlar yaxın olsa…” — Ayaz Arabaçı yeni kitabını təqdim etdi - FOTOLAR
Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
NATO nümayəndə heyəti ölkəmizdə səfərdədir
Abşeron rayonunda Şəhid ailələrinə, 20 Yanvar və Qarabağ əlillərinə mənzillər verildi
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
Sergey Lavrov Bakıya gəlir
ATƏT sərhəddə monitorinq keçirib
Azərbaycanlı iş adamı: "100 şəhid anasının hər birinə 11 min manat ödəməyə hazıram"
Gürcüstanda ən populyar üç soyaddan ikisi azərbaycanlılara məxsusdur
Dillərdə dastan “Çalıquşu”nun məğrur və yoxsul müəllifi – Rəşad Nuri Güntəkin
Qüdrətdən səngərli, qalalı dağlarda Vətən keşikçiləri ilə keçirilən 2 qürurlu gün...