Qarabag Media
Haqqımızda Əlaqə

Qurban Qurbanov: "Bu, bizim üçün çox vacib qələbə idi"


Tarix:12-10-2018, 01:20 Kateqoriya:Manşet / İdman

Qurban Qurbanov: "Bu, bizim üçün çox vacib qələbə idi"

"Futbolçularımı təbrik edirəm. Bu bizim üçün çox vacib qələbə idi. Dünən mətbuat konfransında heç bir çətinlik haqda düşünməməliyik demişdim. Amma bu gün çətinlik həddindən artıq çox oldu. Meydan və düşdüyümüz vəziyyəti deyərdim. Buna baxmayaraq, lazımi xarakteri geri qaytardıq. Üç gündən sonra bizi vacib oyun gözləyir. Çətin səfərdən sonra hazırlığı bərpa edib, Malta ilə oyuna ən vacib matç kimi çıxmalıyıq".

"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov səfərdə Farer adalarına 3:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

Bugünkü nəticələrdən sonra əsas mübarizənin Azərbaycanla Kosovo arasında gedəcəyini düşünmək olar?

- Qətiyyən deməzdim. Bu gün asan komandanın ümumiyyətlə olmadığını bir daha göstərdik. Rəqib uduzsa da, ciddi müqavimət göstərdi. Farer adaları meydanda nə etdiyini yaxşı bilir. Malta Kosovo ilə oyunda 1:1 hesablı heç-heçə etdiyi vaxt qırmızı vərəqə alıb və bundan sonra uduzub. Qrupdakı istənilən komanda qələbəyə qadirdir.

Rahil Məmmədovu start heyətində meydana buraxarkən, bunu riskli addım saymadınız ki?

- Səbəblər çox idi. Standart vəziyyətlərdə və uzun toplarda rəqib həddindən artıq təhlükəli idi. Digər tərəfdən, Rahili qazanmaq istəyirik. Onun potensialı böyükdür. Bu gün oynamağa layiq idi. Bəlkə riskli addım idi, amma ona güvənərək meydana buraxdım. Özünü yaxşı tərəfdən göstərdi. Gələcəkdə də belə addımlar atmalı, yeni oyunçuları düşünmədən meydana buraxmalıyıq.

İlk 15-20 dəqiqə Azərbaycan yığması üçün ağır keçdi. Bu, rəqibin erkən qol istəyi idi, yoxsa düşünülmüş plan?

- Biz də oyuna fəal başlamaq istəyirdik. Lakin meydan sahibləri azarkeşlərin dəstəyi ilə irəli atıldılar. Bizdə isə texniki səhvlər çox oldu. Rəqib özü də ilk dəqiqələrdən qol vurmaq istədiyini bildirmişdi. Biz isə tədricən oyunu ələ almağa və qollar vurmağa başladıq.

Rüfət Dadaşov rəhbərliyiniz altında ilk matçına çıxdı. Oyunundan nə dərəcədə razı qaldınız?

- Rüfəti əsas heyətdə buraxmaqda bir qədər risk etdim. Çünki son çempionat oyunundan bir həftə əvvəl naxoşlamış və matça yaxşı hazırlaşa bilməmişdi. Bununla belə, baş məşqçisi meydanda 90 dəqiqə saxlamışdı. Lakin məşqlərdə özünü pis hiss etmədiyini və oyunçularla anlaşmasının yaxşı olduğunu gördüm. Bugünkü çıxışından da razı qaldım. Lakin bu, onun hələ optimal forması deyil. Düşünürəm ki, gələcəkdə özü də işini sevə-sevə yerinə yetirəcək.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Bakıda məktəbdə xeyli sayda hərbi sursat aşkarlandı
Adnan Oktarın böyük qardaşı da saxlanıldı
Şirvanşahlar dövlətinə aid nadir eksponatlar Azərbaycana gətirilib
İlham Əliyev: "Bu, bizim iqtisadi gücümüzü artıracaq"
“Anamın göndərdiyi pulla dolanıram” – Saakaşvili
SƏFƏRİ MƏNİM MƏCLİSİMƏ GƏTİRMİŞDİLƏR
"Qarabağı rəsmən itirsək, gələcək nəslə şikəst Azərbaycan vermiş olacağıq"
Kərəm Həsənov qanunsuz tikililərlə bağlı tapşırıq verdi
“Dağlıq Qarabağ yox desə, məsələ həll olunmayacaq”
Bu müəllimlərin maaşı artırılacaq - RƏSMİ
Faiq Ələkbərli: "Türkçülüyü ancaq millətçilik kimi anlamaq çox yanlışdır"
DİQQƏT! Bakıda erməni kartofları satılır (TƏHLÜKƏ)
Bakıda Mikayıl Müşfiqin qalıqları tapıldı
Noyabrda ardıcıl 3 gün iş olmayacaq
Cümhuriyyətlə yaşıd sevgi hekayəsi – “Əli və Nino”
İlham Əliyev İmişlidə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib
Türkiyədə antitteror əməliyyatı: 18 terrorçu məhv edildi
Paşinyan ağalarının Qarabağ xəbərdarlığından hansı nəticələri çıxaracaq?
Kayseridə Xocalı abidəsi açıldı
Koalisiya qüvvələri Suriyada məscidə zərbə endirib, 16 nəfər ölüb
Buraxılış və qəbul imtahanlarının yeni modeli: dəyişən nədir?
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram! — Xəlil Rza Ulutürkün doğum günüdür
Ermənilər Laçının Mirik kəndində arxeoloji qazıntı işləri aparır — FOTO
Azərbaycan əsgəri şəhid oldu — VİDEO
HÜSEYN CAVİD İNSAN HAQQINDA - III YAZI
Azərbaycanın sabiq nazir aparıcılığa başladı — VİDEO
400 il bundan əvvəl batmış gəmi tapılıb- Portuqaliyada
Qaxda yola çıxan at qəzaya səbəb olub, bir qadın xəsarət alıb - FOTO
Prezidentliyə namizəd Salome Zurabişvili xalqa azərbaycanca müraciət etdi - VİDEO
ABŞ-da Araz Ağalarovun hesablarını bağladılar