Qarabag Media
Haqqımızda Əlaqə

“Dağlıq Qarabağ yox desə, məsələ həll olunmayacaq”


Tarix:22-10-2018, 15:14 Kateqoriya:Manşet / Qarabağ

“Dağlıq Qarabağ yox desə, məsələ həll olunmayacaq”Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan oktyabrın 21-i Livanda yerli erməni icması ilə görüşüb. Novator.az-ın məlumatına görə, o, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq deyib ki, Ermənistanda heç bir hökumət bu məsələni bağlı qapılar arxasında həll edə bilməz: “Hərdən belə bir yanlış təsəvvür yaranır ki, guya Ermənistanda Dağlıq Qarabağ münaqişəsini bağlı qapılar arasında həll edəcək hökumət ola bilər. 20 ildir gedən bu söhbətə son qoymaq lazımdır, çünki Ermənistanda hətta ən pis hökumət də Qarabağ məsələsində xalqdan gizli heç bir addım ata bilməz”.

Hökumət başçısı əlavə edib ki, hakimiyyətə məqbul görünən həll variantı xalqın müzakirəsinə təqdim olunacaq: “Məsələni həmin cür həll etməyin mümkün olub-olmadığına xalq qərar verəcək”.

Nikol Paşinyan deyib ki, münaqişənin həllində ən vacib məsələ Dağlıq Qarabağın təhlükəsizliyi və onun statusunun dəqiqləşməsidir: “Ermənistan və diaspor münaqişənin hər hansı həll variantına razılaşsa, ancaq Dağlıq Qarabağ buna yox desə, deməli, məsələ həll olunmayacaq. Dağlıq Qarabağ xalqının və hakimiyyətinin mövqeyi həlledicidir”.

1988-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb. 1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ilin mayında atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhərini, Şuşa, Xocalı rayonlarını tam, Xocavənd rayonunu, keçmiş Ağdərə rayonunu qismən) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarını tam, Ağdam, Füzuli, Cəbrayıl rayonlarını qismən), eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib.

1994-cü ilin may ayından atəşkəs rejimi qüvvədədir. Münaqişəsinin dinc yolla tənzimlənməsi üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunda Azərbaycan və Ermənistanla yanaşı Rusiya, Fransa, ABŞ, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə təmsil olunur.

Hazırda Dağlıq Qarabağ danışıqları Madrid prinsipləri əsasında aparılır. Minsk qrupu həmsədrlərinin – Rusiya, Fransa və ABŞ-ın 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılmasını və Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyənləşməsini nəzərdə tutur.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İbrahim Tatlısəsi azərbaycanlı həkim sağaltdı
İraq Kərkükdən yenidən neft ixracına başladı
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək
Gələcək rektora müraciət
Deputat Mahir Abbaszadə yüksək vəzifəyə təyin olundu
"Müalicəmi bitirib Bakıya qayıdacağam" — Rasim Balayev
“Özünü pis kişi eləmə...” - “Qoy başına kül qoysunlar...”
Bakıda güclü yanğın: Alov məktəb və yataqxananı ağuşuna alıb
"Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır" — Ziyad Səmədzadə
"Məndən küsüb, inciməyə nə var ki..." — Nizami Abbasovun şeirləri
Flora Kərimova nazirin yerində oturmasından danışdı: “Heç kimə heç nəyi keçməyəcəyəm”
Sənədləri qaydasında olan 114 şəhidin 146 vərəsəsinə birdəfəlik ödəniş edilib
Ərdoğan ABŞ-ın 3 PKK liderinin başına mükafat qoymasını “oyun” adlandırdı
Ukraynada polis rəisi olan azərbaycanlı xanım
Seçkilər heç nəyi dəyişməyəcək - Hədəf yenə Yaxın Şərq və İrandır
Yerli sakinlər və məcburi köçkünlər Bakı “Lift-təmir” İB rəhbərliyinə MİNNƏTDARLIQ ETDİ
Klinton yenidən prezidentliyə namizədliyini irəli sürmək istəyir
Türkiyədən bayraq gününə dəstək - FOTO
Mustafa Kamal Atatürkün ölümündən 80 il ötür - VİDEO
Bir kərə yüksələn bayraq bir daha enməz!
Qurban Qurbanov robot qapıçıya qol vurmağa çalışacaq
Xalq artisti Amalya Pənahova dəfn olunub
“Anamı gecə ilə aparıb Laçında dəfn etdik” - 54 gün mühasirədə qalan şəxslə müsahibə
“Bu çöllər bizə lazım deyil... torpaqları qaytarmağa hazırıq...” - Paşinyanın kitabı başına bəla olub
Bayrağı düşmənə verməyən oğul - NATİQ QASIMOV
Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəmərini müzakirə ediblər
“...Qırmızı koftalı, yaşıl tumanlı...” — Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi