Qarabag Media
Haqqımızda Əlaqə

"Qarabağı rəsmən itirsək, gələcək nəslə şikəst Azərbaycan vermiş olacağıq"


Tarix:22-10-2018, 15:48 Kateqoriya:Manşet / Gündəm

"Qarabağı rəsmən itirsək, gələcək nəslə şikəst Azərbaycan vermiş olacağıq"

"Düşmən bilsin ki, neçə illərdir sakit dayanan xalq hər an ayaqdadır, necə ki, 2016-cı ilin aprel döyüşlərində xalq ayaqda olduğunu sübut etdi"

Bu gün təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayılın 61 yaşı tamam olur.

Moderator.az-ın əməkdaşı ona "61 yaşı Qarabağ komitəsinin dönəm sədri kimi tamamlayırsınız. Hansı hisslər keçirirsiniz" sualı ilə müraciət edərək aşağıdakı cavabı alıb:

"Qarabağ yaşa baxmır. Qarabağ hadisələri başlayanda 31 yaşım vardı. İlk gündən -1988-ci ilin 14 fevralından hadisə yerində - Xankəndində, Şuşada olmuşam və ilk vaxtlar fəaliyyətim xidməti vəzifə çərçivəsində olsa da, tezliklə təhlükənin vətən üçün böyük olduğunu anladım və yeri gələndə xidməti işimin tələblərini də pozub Qarabağ üçün əlimdən gələni etməyə çalışdım. 30 il keçib o vaxtdan. Döyüşdük, itkilər verdik, amma yenə də ən böyük itkimiz Qarabağ oldu. Qarabağ itkisi insan itkisi ilə müqayisə olunmur ki, fikirləşəsən ilini yola saldıq, ağladıq, sızladıq, daha bəsdir. Qarabağ millətin qarşısında bir matəmgah olaraq dayanıb, bir faciə kimi dayanıb və burda vətəndaş olan hər kəs son gününədək vətənin azad olunması üçün çalışmalıdır. Qarabağ komitəsi 9 avqustda yaranıb. 20 sentyabrda məni Qarabağ döyüşçüləri komitəyə dəvət etdi və üzv oldum. 29 sentyabrda komitə ilk mitinqini keçirdi və başqa istiqamətdə də fəaliyyətini davam etdirir. Komitədə dönəm sədrliyi önəmli deyil, vacib olan xalqa, dövlətə, beynəlxalq təşkilatlara Qarabağ məsələsinin həlli yolunda yeni bir fəal dönəmə daxil olmağı göstərməkdir. Bu məsələ yalnız mitinqlərdən keçmir, komitə müxtəlif tədbirlər, müzakirələr, dəyirmi masalar keçirməyi planlaşdırır. Bu tədbirlər vasitəsilə daha çox düşmənə mesaj vermək niyyətindəyik. Düşmən bilsin ki, neçə illərdir sakit dayanan xalq hər an ayaqdadır, necə ki, 2016-cı ilin aprel döyüşlərində xalq ayaqda olduğunu, ruhunun ölmədiyini sübut etdi. Açığı deyim ki, o döyüşlərin hərbi nəticəsi bir o qədər yetərli olmasa da, qazandığımız xalqın ruhunun yaşadığını bilməyimiz oldu. Həm də təkcə biz yox, hamı bildi, əsas da düşmən. Biz o ruhu, o döyüşkənliyi hamıya nümayiş etdirməliyik.

Qloballaşan dünyada bəşəriyyət dünya müharibəsinin astanasındadır və bu təhlükə getdikcə böyüyür. Bəzi dövlətlərin bəşər sivilizasiyasını dağıtmaq hədələrinin tez-tez, lap bu günlərdə də şahidi olduq. Qarabağ da bizim sivilizasiyadır, onu dağıtmağa imkan verməməliyik. Qarabağı rəsmən itirsək, hesab edin ki, millət olaraq sivilizasiyamızı itirmiş olacağıq və gələcək nəslə şikəst Azərbaycan vermiş olacağıq. Əbədi olaraq içimizdə məğlub xalq kompleksini yaşadacağıq. Bu faciədir. Bunu hər bir vətəndaş dərk etməlidir. Komitədəki dönəm sədrliyində də məqsədim yalnız kütlənin yeni bir entuziazm ilə Qarabağ məsələsində fəal olmasına nail olmaqdır".

Karabakhmedia.az
________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
İbrahim Tatlısəsi azərbaycanlı həkim sağaltdı
İraq Kərkükdən yenidən neft ixracına başladı
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək
Gələcək rektora müraciət
Deputat Mahir Abbaszadə yüksək vəzifəyə təyin olundu
"Müalicəmi bitirib Bakıya qayıdacağam" — Rasim Balayev
“Özünü pis kişi eləmə...” - “Qoy başına kül qoysunlar...”
Bakıda güclü yanğın: Alov məktəb və yataqxananı ağuşuna alıb
"Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır" — Ziyad Səmədzadə
"Məndən küsüb, inciməyə nə var ki..." — Nizami Abbasovun şeirləri
Flora Kərimova nazirin yerində oturmasından danışdı: “Heç kimə heç nəyi keçməyəcəyəm”
Sənədləri qaydasında olan 114 şəhidin 146 vərəsəsinə birdəfəlik ödəniş edilib
Ərdoğan ABŞ-ın 3 PKK liderinin başına mükafat qoymasını “oyun” adlandırdı
Ukraynada polis rəisi olan azərbaycanlı xanım
Seçkilər heç nəyi dəyişməyəcək - Hədəf yenə Yaxın Şərq və İrandır
Yerli sakinlər və məcburi köçkünlər Bakı “Lift-təmir” İB rəhbərliyinə MİNNƏTDARLIQ ETDİ
Klinton yenidən prezidentliyə namizədliyini irəli sürmək istəyir
Türkiyədən bayraq gününə dəstək - FOTO
Mustafa Kamal Atatürkün ölümündən 80 il ötür - VİDEO
Bir kərə yüksələn bayraq bir daha enməz!
Qurban Qurbanov robot qapıçıya qol vurmağa çalışacaq
Xalq artisti Amalya Pənahova dəfn olunub
“Anamı gecə ilə aparıb Laçında dəfn etdik” - 54 gün mühasirədə qalan şəxslə müsahibə
“Bu çöllər bizə lazım deyil... torpaqları qaytarmağa hazırıq...” - Paşinyanın kitabı başına bəla olub
Bayrağı düşmənə verməyən oğul - NATİQ QASIMOV
Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəmərini müzakirə ediblər
“...Qırmızı koftalı, yaşıl tumanlı...” — Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi