Qarabag Media
Haqqımızda Əlaqə

Cavad Zərif: “Qarabağ münaqişəsi tezliklə həll edilməlidir”


Tarix:30-10-2018, 22:57 Kateqoriya:Manşet / Qarabağ

Cavad Zərif: “Qarabağ münaqişəsi tezliklə həll edilməlidir”

“Biz hər zaman söyləyirik ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır”

Karabakhmedia.az "Report"a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan, Türkiyə və İran xarici siyasət idarələri rəhbərlərinin İstanbulda keçirilən üçtərəfli görüşündən sonra baş tutan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hər üç ölkə arasında yaxın qonşuluq siyasəti uğurlu əməkdaşlığa təkan verir: "Hər üç ölkənin ortaq iradəsi mövcuddur. Bölgə xalqlarının yaşam standartlarının yüksəlməsi üçün problemlərin öz həllini tapması vacibdir. Biz hər zaman söyləyirik ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır".

M.Zərif deyib ki, hər üç ölkə çox geniş imkanlara sahibdir: "Biz elm və texnologiya sahəsində əməkdaşlığımızı genişləndirməliyik. Görüşdə hər üç ölkənin özəl sektorları arasında Üçtərəfli Biznes Forum yaradılmasını da məqsədəuyğun saydıq. Bank sahəsində verdiyimiz qərarlar qarşılıqlı ticarətin milli valyuta ilə aparılmasına şərait yaradacaq".

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İbrahim Tatlısəsi azərbaycanlı həkim sağaltdı
İraq Kərkükdən yenidən neft ixracına başladı
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək
Gələcək rektora müraciət
Deputat Mahir Abbaszadə yüksək vəzifəyə təyin olundu
"Müalicəmi bitirib Bakıya qayıdacağam" — Rasim Balayev
“Özünü pis kişi eləmə...” - “Qoy başına kül qoysunlar...”
Bakıda güclü yanğın: Alov məktəb və yataqxananı ağuşuna alıb
"Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır" — Ziyad Səmədzadə
"Məndən küsüb, inciməyə nə var ki..." — Nizami Abbasovun şeirləri
Flora Kərimova nazirin yerində oturmasından danışdı: “Heç kimə heç nəyi keçməyəcəyəm”
Sənədləri qaydasında olan 114 şəhidin 146 vərəsəsinə birdəfəlik ödəniş edilib
Ərdoğan ABŞ-ın 3 PKK liderinin başına mükafat qoymasını “oyun” adlandırdı
Ukraynada polis rəisi olan azərbaycanlı xanım
Seçkilər heç nəyi dəyişməyəcək - Hədəf yenə Yaxın Şərq və İrandır
Yerli sakinlər və məcburi köçkünlər Bakı “Lift-təmir” İB rəhbərliyinə MİNNƏTDARLIQ ETDİ
Klinton yenidən prezidentliyə namizədliyini irəli sürmək istəyir
Türkiyədən bayraq gününə dəstək - FOTO
Mustafa Kamal Atatürkün ölümündən 80 il ötür - VİDEO
Bir kərə yüksələn bayraq bir daha enməz!
Qurban Qurbanov robot qapıçıya qol vurmağa çalışacaq
Xalq artisti Amalya Pənahova dəfn olunub
“Anamı gecə ilə aparıb Laçında dəfn etdik” - 54 gün mühasirədə qalan şəxslə müsahibə
“Bu çöllər bizə lazım deyil... torpaqları qaytarmağa hazırıq...” - Paşinyanın kitabı başına bəla olub
Bayrağı düşmənə verməyən oğul - NATİQ QASIMOV
Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəmərini müzakirə ediblər
“...Qırmızı koftalı, yaşıl tumanlı...” — Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi