Qarabag Media
Haqqımızda Əlaqə

Həsrət qoxuyan qeydlər - Qönçəgül Kamalqızı


Tarix:1-10-2018, 17:04 Kateqoriya:Yazarlar / Cəmiyyət

Həsrət qoxuyan qeydlər - Qönçəgül Kamalqızı
Qönçəgül Kamalqızı

Həsrət qoxuyan qeydlər


Atamdan sonra anam, övladları, bir də kiçik bir qutuya sığan əşyaları qalıb. O əşyaların içərisində bir dəftər var. Köçkünlüyümüzün tarixi yazılan, vərəqləri həsrət qoxuyan qeyd dəftəri.
Dəftəri vərəqləyirəm, nələr yoxdu burda… Pərən-pərən düşən insanların ünvanları, soyuq pansionatlar, yataqxanalar, evlərdən çıxarılan ailələr, yardım ediləcək insanlar, işıq, su, qaz problemi, açılacaq məktəblər, görüləcək işlər, daha nələr- nələr. Oxumaq ağır gəlir.
O qədər telefon nömrələri var ki. Hər biri də bir ümid yeri. Hərdən deyirəm, atamın barmaqları, görən, yorulmayıbmı o nömrələrə zəng etməkdən?
Bu qeydləri yazdığca nə hisslər keçib ürəyindən. Atam Laçınsız cəmi 4 il dözüb yaşadı. Onun ölümünə təəccüb qalmışdım.
Şux qamətli, qara saçlarına bir dən düşməyən güclü insan necə oldu da qəfil xəstələndi, köçdü bu həyatdan?
Sən demə atam bu qeyidləri yazdıqca hər gün bir az ölürmüş. Hər gün bir az daralırmış nəfəsi. Hər kəsin ağrısını, çətinliyini yığırmış ürəyinə. Çarə olmağa çalışırmış.
O çinar adam hansı yaralar aldı, nə sarsıntılar keçirdi, kim bilir?
İndi əzik, solğun vərəqlərdəki yazıların hər birinə sığal çəkib, layla deyirəm.
Atam vətəndən uzaqda köksüz ağac kimi yaşayırdı. Qəriblik rüzigarı onun çinar qamətini əyirdi yavaş-yavaş. Siqareti siqaretə calayırdı.
Kaş ki o zamanlar atamın ağrıyan ürəyindən, tütün qoxuyan barmaqlarından öpə bilsəydim. Onun əzablarına məlhəm olmaq üçün.
O dağlarını, meşələrini görmədən, bulaqların suyunu içmədən, kəkliyə, qırqovula toxunmadan, çiçəkləri qoxlamadan yaşaya bilməzdi. Dərdi Vətən boyda idi. Nə yerə, nə də göyə sığardı. Yazmağa mürəkkəbi yetməzdi...
Əzizim gəl, gözüm gəl
Sənə qurban özüm gəl.
Yəqin qədrin bilmədim
İndi çıxır gözüm gəl....
Atamın qeyd dəftərində yazdığı bir bayatıdı. Hansı məqamda, nədən təsirlənib qələmə alıb bilmirəm. Amma bu bayatı bir ata sözünü xatırladır mənə. “El üçün ağlayan göz kor olurmuş” deyirlər.
Mənim atam dəyərli bir insan idi. Tanıyanlar bilir ki, o, köçkünlük zamanında el-oba üçün əlindən gələni əsirgəmədi. Vətən ola bilməsə də, yaxşı vətəndaş oldu.
Onu çoxlarından fərqləndirən savadı, insanlığı, şərəfi, ləyaqəti və ən əsası vicdanı idi. Nə var-dövlət, nə də şan-şöhrət üçün yaşadı həsrətinin ağrısı gözlərinə çökmüş bu adam. El üçün yandı, el yolunda fəda oldu.



Karabakhmedia.az










SON XƏBƏRLƏR
Paşinyan ağalarının Qarabağ xəbərdarlığından hansı nəticələri çıxaracaq?
Kayseridə Xocalı abidəsi açıldı
Koalisiya qüvvələri Suriyada məscidə zərbə endirib, 16 nəfər ölüb
Buraxılış və qəbul imtahanlarının yeni modeli: dəyişən nədir?
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram! — Xəlil Rza Ulutürkün doğum günüdür
Ermənilər Laçının Mirik kəndində arxeoloji qazıntı işləri aparır — FOTO
Azərbaycan əsgəri şəhid oldu — VİDEO
HÜSEYN CAVİD İNSAN HAQQINDA - III YAZI
Azərbaycanın sabiq nazir aparıcılığa başladı — VİDEO
400 il bundan əvvəl batmış gəmi tapılıb- Portuqaliyada
Qaxda yola çıxan at qəzaya səbəb olub, bir qadın xəsarət alıb - FOTO
Prezidentliyə namizəd Salome Zurabişvili xalqa azərbaycanca müraciət etdi - VİDEO
ABŞ-da Araz Ağalarovun hesablarını bağladılar
İlham Əliyev: "Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq"
SOCAR bu zavodu bizə qazandırıb - Ərdoğan
“Star” zavodunun açılış mərasimi keçirilir - CANLI YAYIM
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: SEYİD ƏZİM ŞİRVANİ -III YAZI
Türkiyədəki diaspor təşkilatlarının rəhbərləri Azərbaycana gəliblər
Əsəd tərəfdarları ilə İranyönlü qüvvələr bir-birinə girib, xeyli sayda ölü və yaralı var
Oğlunu axtarmaq üçün cəbhəyə getdi, evə qayıdanda yas çadırı gördü... – Məşhurların şəhid övladları
Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib
Azərbaycanın İsveçrəsi...
Talesiz general qardaşların kədərli sonu - ARAŞDIRMA
Axar.az saytı 5 yaşını qeyd edir
Badamdar sürüşmə zonasında yeni çatlar yaranıb
Dollar yenə bahalaşacaq - ABŞ hərəkətə keçir
"Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda yekun tədbir keçirilib - FOTO
Rəşid Mahmudov əməliyyat olundu
Azərbaycanda müəllim işləmək istəyənlərin sayı 3 dəfə artıb
Keçmiş nazirlər nə işlə məşğuldur? – Özləri danışdı